Ermənistanda yeni qüvvə ortaya çıxdı Paşinyanın yerinə gələ bilər
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə bələdiyyə seçkilərində Kommunist Partiyasının hakim “Vətəndaş Müqaviləsi” Partiyasından sonra ikinci yeri tutması diqqət çəkir.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ermənistan Kommunist Partiyası Gümrüdəki uğurunu ölkə ərazisinə yaymağa çalışacaq:
“Kommunist Partiyası erməni cəmiyyətində nüfuzu azalan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın partiyalarını müxalifət cinahında əvəz etmək istəyəcək. Əslində, Ermənistan Kommunist Partiyasının digər müxalif partiyalardan böyük fərqi yoxdur. Bu partiya da Qarabağ separatizminə dəstək verib və İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə baş nazir Nikol Paşinyanın istefasını tələb edib”.
Politoloq qeyd edib ki, erməni kommunistləri son illərdə parlament seçkilərində uğur qazanmayıblar, ancaq Gümrüdəki nailiyyət onları ölkə üzrə fəallaşdıracaq:
“Partiyanın adından və ideologiyasından aydındır ki, erməni kommunistlər Qərblə əməkdaşlıq əvəzinə Rusiya ilə müttəfiqliyin tərəfdarıdırlar. Son çıxışında Robert Köçəryan və Serj Sərkisyanın ünvanına “sizi divara çırparam” deyən Paşinyan parlament seçkilərinə qədər erməni kommunistlərin də zəif nöqtələrini tapmalıdır”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 01 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















