Ermənistanda Zəngəzur vilayətinin sabiq qubernatoru AXTARIŞA VERİLDİ
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanda “Ermənistan” blokundan olan keçmiş deputat və Zəngəzur (Sünik) vilayətinin sabiq qubernatoru, “Dirçələn Ermənistan” partiyasının keçmiş sədri Vaqe Akopyan axtarışa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan KİV-i hüquq-mühafizə orqanlarına istinadla yayıb.
Məlumata görə, hadisə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında iqtisadi cinayətlər işi çərçivəsində sabiq qubernatorun qardaşı, “Təmiz Dəmir” zavodunun direktoru Karen Akopyan və Zəngəzur Mis-Molibden Kombinatının baş direktor müavini Narek Ambaryan həbs edilmişdi.
Vaqe Akopyan 2016–2018-ci illərdə Sünik vilayətinin qubernatoru, bundan əvvəl isə Zəngəzur Mis-Molibden Kombinatının inzibati direktoru olub. O, 2021-ci ildə “Ermənistan” bloku tərkibində parlamentə seçilib, lakin 2022-ci ildə mandatından imtina edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 06 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















