“Ermənistandakı Aİ missiyasına yeni funksiyalar verilə bilər”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Avropa İttifaqının Ermənistandakı missiyasına sərhədlərin idarə edilməsi ilə bağlı bəzi funksiyalar verilə bilər”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib.
“Anlayırıq ki, zaman keçib və indi aramızda sülh var, bu missiyanın bizə dəstək göstərməyə necə davam edə biləcəyi barədə düşünməliyik. Bəlkə də sərhəd idarəetməsində bəzi funksiyalar verə bilərik, bəlkə də başqa nələrsə”, - nazir deyib.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası missiyanın mandatını 2027-ci ilin fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 28 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















