Icma.az
close
up
RU
Ermənistandakı mülki missiya həqiqəti açıqlamaq istəmir

Ermənistandakı mülki missiya həqiqəti açıqlamaq istəmir

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“İlkin dövrdə Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəsin pozulması qüsamüdətli və fasilələrlə olurdu. Son dövrlər isə atəşkəs sistemli şəkildə pozulur, demək olar ki, hər gün və fasiləsiz. Bu, yaxşı əlamət deyil”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli deyib.
Son dövrlər Ermənistan tərəfindən sistemli olaraq Azərbaycan Ordusunun mövqelərinə atəş açılmasının səbəblərindən danışan Q. Hüseynli hesab edir ki, bu insidentlər Ermənistanın müəyyən mərkəzləri tərəfindən törədilir. Onun sözlərinə görə, hətta iş o yerə çatıb ki, Ermənistan baş naziri Nikol Paşinyan mətbuat vasitəsilə atəşkəsin Ermənistan tərəfindən pozulduğunu etiraf edib və bunun qarşısının alınmasının vacibliyini bildirib.
Professorun fikrincə, N. Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq, problemi aradan qaldırmaq və tarixə düşmək niyyətində olsa da, daxildəki qüvvələr ona belə bir imkan vermək istəmirlər.
Q. Hüseynli qeyd edib ki, Sarksiyan və Köçəryan hakimiyyəti zamanında Ermənistan Silahlı Qüvvələrinə Qarabağdan olan çoxlu sayda erməni yerləşdirilib: “Həmin ermənilərin çoxu mayor rütbəsindən general rütbəsinə qədər irəliləyiblər. İndi onlar sülh sazişinin imzalanmasına qarşı çıxır, faktiki olaraq, prosesi pozmağa cəhd edirlər. Yəni atəşin pozulması əmri Ermənistan daxilindən gəlir. Bununla Paşinyana deyirlər ki, sən sülh sazişi imzalaya bilməzsən”.
Professor əlavə edib ki, indiki prosesdə atəşkəsin ABŞ, Fransa və ya Rusiyanın istəyi ilə edildiyini demək bir qədər çətin olsa da, bu da istisna deyil: “Mən diqqəti daha çox Ermənistanda olan Avropa Birliyinin mülki missiyasına çəkmək istərdim. Onların əsas vəzifəsi Ermənistan-Azərbaycan arasında hazırda mövcud olan şərti sərhəddə atəşkəsin təmin edilməsi, sakitliyə riayət olunmasını təmin etməkdir. Üstəlik, onların əllərində xüsusi dürbinlər var və vəziyyəti görürlər. Bəs niyə səslərini çıxarmırlar? Hesab edirəm ki, onlar bu suala cavab verməlidirlər. Mənim qənaətimcə, onlar bu vəziyyəti müşahidə edib, qeydiyyata alsalar da, ictimaiyyətə açıqlamaq istəmirlər”.
Prosesin Ermənistan daxilindən qaynaqlandığına əmin olan Q. Hüseynli sonda deyib ki, qarşı tərəf Azərbaycan Ordusunun gücünə və imkanlarına bələddir: “Sözsüz ki, Azərbaycan sonsuza qədər belə hallara səbr etməyəcək. Odur ki, Ermənistan hakimiyyəti diqqətli olmalıdır”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Mart 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri