Icma.az
close
up
RU
“Ermənistandakı radikal qüvvələr ciddi şəkildə baş qaldırarsa...” Siyasətşünas alimdən izahat

“Ermənistandakı radikal qüvvələr ciddi şəkildə baş qaldırarsa...” Siyasətşünas alimdən izahat

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“11-ci maddə dəyişməsə, nəinki 11.000 nəfər, bu dəfə bütöv Ermənistan fərariyə çevriləcək...”

"Ermənistandakı  Konstitusiyaya dəyişikliklərlə bağlı gözlənilən referendum və seçkilər bölgədə sülh və əmin-amanlığın bərqərar olması, inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.  Ermənistan parlamentinin  spikeri Alen Simonyan seçkilərin  2026-cı ilin iyun ayında baş tutacağını açıqlamışdı. Vitse-spiker Ruben Rubinyan isə seçkilərin bu ilin dekabrında, hətta sentyabrda keçiriləcəyini açıqlayır. Əgər Ermənistan xarici siyasət strategiyasında revizyonist (ərazisini, digər ölkələrin suveren ərazisi hesabına genişləndirmə) siyasətindən  uzaqlaşıb 11-ci maddədə Türkiyə və Azərbaycana qarşı ərazi iddiasından əl çəkməkdə qərarlıdırsa, o zaman Ermənistanla Yekun Sülh Sazişinin tez imzalanmasının mümkünlüyü haqda danışmaq olar.  Türkiyə xarici işlər naziri, hörmətli Hakan Fidanın açıqlamalarında dediyi kimi gələni ilin birinci yarısında da, Ermənistandakı referendumla seçkinin eyni vaxtda keçirilməsi də mümkün ola bilər”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov ifadə edib.   

“Əgər Ermənistandakı radikal qüvvələr ciddi bir şəkildə baş qaldırarsa, bu gedişat şərtləri dəyişə bilər. Həmin dövrdə dünyada hansı hadisələrin cərəyan edəcəyi, daxili və xarici siyasətin, beynəlxalq şərt və şəraitin də gedişatı şəkilləndirəcək. Ona görə ki, Ermənistan Konstitusiyasının 11-ci maddəsində təkcə Azərbaycana yox, həm də Türkiyəyə qarşı torpaq iddiası mövcuddur. Ermənistan Konstitusiyaya dəyişikliklər etməsə, Azərbaycan Ermənistana qarşı təzminat məsələsində ciddi addımlar ata bilər. Bunun hüquqi dayaqları ortadadır. Məşhur Louzidi davasına baxsaq, ermənilərin nələrlə qarşı-qarşıya qalacaqları məlum olur. Bu dediklərim bir növ Allah əmridir. Yan dəmiri ilə desək, “Dəmir yumruq” istəyirlərsə, yəni Azərbaycanın təzminat istəyində olmaması qarşısında Ermənistan bu xoş niyyəti anlamasa, o zaman bir şeyi unutmasınlar ki, 44 günlük müharibədə Azərbaycandan 1 nəfər də olsun fərari çıxmadı, Ermənistandan isə on bir min fərari çıxdığı aşikardır. Deməli, 11-ci maddə dəyişməsə, nəinki 11.000 nəfər, bu dəfə bütöv Ermənistan fərariyə çevriləcək”, - deyə Pərviz Səmədov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Sentyabr 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri