Ermənistandan Azərbaycana 960 dollarlıq nə idxal olunub? RƏSMİ AÇIQLAMA
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal etməsini şərh edib.
Komitədən "Unikal"a bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub.
"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
*** 10:03
Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
"Unikal" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Aprel 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















