Icma.az
close
up
RU
Ermənistandan Gürcüstana keçirilən 298 kiloqram heroin AŞKARLANDI

Ermənistandan Gürcüstana keçirilən 298 kiloqram heroin AŞKARLANDI

Icma.az, Bakupost saytına istinadən bildirir.


Gürcüstan hüquq-mühafizə orqanları miqyasına görə misli görünməmiş beynəlxalq narkotrafik faktını üzə çıxarıb.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, müxtəlif dövlət qurumlarının iştirakı ilə həyata keçirilən birgə əməliyyat nəticəsində 298 kiloqram heroin aşkarlanaraq müsadirə olunub.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin bildirdiyinə görə, aşkarlanmış narkotik vasitənin qara bazardakı dəyəri təxminən 85 milyon lari (30 milyon ABŞ dolları) təşkil edir.

Araşdırma zamanı məlum olub ki, heroin Ermənistandan Gürcüstana “Ququti” gömrük keçid məntəqəsi vasitəsilə gətirilib. Narkotik vasitə yanğına davamlı kərpic adı altında yük maşınının qoşqusunda gizlədilərək Batumi üzərindən Avropa ölkələrinə daşınmalı imiş.

Gömrük rəsmiləşdirmə zonasında yükə baxış zamanı plastik materialdan hazırlanmış və kərpicə bənzəyən 600 konteyner aşkarlanıb. Bu konteynerlərdə heroinin gizlədildiyi müəyyən edilib.

Faktla bağlı bir Gürcüstan vətəndaşı saxlanılıb və ona qarşı xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və ölkəyə gətirilməsi maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əməliyyat Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti, Patrul Polisi, Baş Prokurorluq və Maliyyə Nazirliyinin Gömrük Departamenti tərəfindən birgə həyata keçirilib. Hazırda istintaq davam edir, narkotrafikin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər görülür.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri