Icma.az
close
up
RU
Ermənistandan sülhə daha bir zərbə: İkiillik “razılaşma” nəyi dəyişəcək?

Ermənistandan sülhə daha bir zərbə: İkiillik “razılaşma” nəyi dəyişəcək?

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Ermənistandakı “missiyası"nın mandatının daha iki il - 2027-ci ilin fevralın 19-dək uzadılması barədə verilən qərar heç bir məntiqə uyğun deyil. 2022-cı ilin oktyabrın 6-da Praqada Avropa İttifaqının Ermənistan ərazisində iki aylıq müddətində monitorinq aparması ilə bağlı qərar verilmişdi. Azərbaycan da bu müddətə etiraz etməmişdi. Amma daha sonra həmin “missiya"nın vaxtı uzadıldı və tərkibi də dəyişdirilərək, genişləndirildi.

Bu sözləri mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.

“Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanla sülhün əldə edilməsində maraqlı deyil. Ermənistanı əlində alət edən dövlətlər öz mənafeləri naminə Cənubi Qafqazda gərginlik yaratmağa çalışırlar. Fransa başda olmaqla digərləri bölgədə qeyri-normal vəziyyətin yaranmasını arzulayır”, - deyə o qeyd edib.

Z.Əsgərov söyləyib ki, bu vəziyyət Ermənistan üçün arzuolunmazdır: “Əgər bu ölkə blokada vəziyyətindən çıxmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülh əlini uzadan tərəfdir. Sülhlə bağlı Ermənistana 5 fundamental prinsipləri özündə birləşdirən təkliflər də məhz Bakıdan edilib. Amma hər zaman olduğu kimi, rəsmi İrəvan növbəti dəfə də sülh prosesini manipuliyasiya edir”.

O, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan rəhbərliyinin son açıqlamalarına da münasibət bildirib: “Erməni tərəfi reallıqla barışmaq məcburiyyətindədir. Azərbaycan elə bir reallıq yaradıb ki, Ermənistan əvvəl-axır bunu qəbul etməlidir. Görünən odur ki, erməni tərəfi Zəngəzur dəhlizi ilə bağlı dirəniş göstərməyin mənasız olduğunu dərk edir”.

Xatırladaq ki, Avropa İttifaqı Şurasında yanvarın 30-da Ermənistandakı “missiya"nın 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə edilib. "Missiya"nın bu dövr üçün fəaliyyətinə 44 milyon avrodan çox vəsait ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Fevral 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri