Icma.az
close
up
RU
Ermənistandan yeni hərbi təxribat anonsu İranla da ara pozulur...

Ermənistandan yeni hərbi təxribat anonsu İranla da ara pozulur...

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni İl şənlikləri zamanı atəşkəsin pozulacağı istisna edilmir; erməni analitiklərə görə, Zəngəzur dəhlizi ilə bağlı Tehran İrəvanın köməyinə gəlməyəcək və Paşinyan onsuz da bunu istəmir - “Bolton planı” işə düşür?

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda növbəti dəfə anormal təlaşlar başlayıb. Bu dəhlizin açılması yönündə müzakirələr artdığı bir vaxtda İrəvandan İran əleyhinə açıqlamalar verilir. 

Hurriyyet.az xəbər verir ki, “Yeni Müsavat” bildirir ki, onlardan biri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyandan gəlib. Onun sözlərinə görə, İran Ermənistanın köməyinə gəlməyəcək, istəsə belə, Paşinyan buna imkan verməyəcək: “Söhbət Zəngəzur dəhlizindən gedir. Paşinyan dedi ki, biz bunu Türkiyə-Azərbaycan tandemi ilə bölüşmək qərarına gəldik. O, azərbaycanlıların da burada yaşaması üçün danışıqlar aparır. Əgər İran təhlükəni neytrallaşdıra bilsə, o zaman mövcud rejim hakimiyyətdə qalsa, İranın müdaxiləsinə imkan verməyəcək”, - deyə revanşist siyasətçi qeyd edib. Baqratyanın sözlərinə görə, bu gün azərbaycanlıların diqqəti təkcə Zəngəzurda deyil. Onun fikrincə, Bakının nəzərləri “Qərbi Azərbaycan” adlanan yerə, yəni bütün Ermənistan ərazisinə çevrilib. “İndiki iqtidarın siyasəti ona gətirib çıxarıb ki, əgər sabah Türkiyə Ermənistanın hesabına mövqeyini yaxşılaşdırmaq istəsə, buna mane olan heç bir faktor olmayacaq”. Bunu isə erməni ekspert, revanşist Tiqran Köçəryan deyib.

Onun fikrincə, Ermənistanda Rusiya bazasının olması da heç bir rol oynamayacaq. “Rusiya bazası Suriyada da var idi və indi də qalır, lakin bu, orada baş verən proseslərin qarşısını ala bilmədi”, - deyə o qeyd edib. Köçəryanın fikrincə, İran müdaxilə etməmək mövqeyi tutaraq, regional və regiondankənar qüvvələrlə birbaşa qarşıdurmaya cəlb olunacağı vəziyyətdən qaçmağa çalışır. “Bəzi ekspertlərin fikrincə, İranın atom bombasının yaradılmasına çox az vaxtı qalıb. Ona görə də rəsmi Tehran sonradan tamam başqa mövqelərdən danışa bilməsi üçün vaxta oynayır”, - deyə erməni politoloq iddia edib. Köçəryan bundan başqa bir iddianı da irəli sürüb. Onun sözlərinə görə, Ermənistanla İran arasında sərhədlərin bağlanmasını nəzərdə tutan “Bolton planı” mövcuddur. Köçəryanın fikrincə, bu plan “Zəngəzur dəhlizi” vasitəsilə həyata keçiriləcək. Erməni politoloq Ermənistandakı mövcud hakimiyyətin Türkiyənin bölgədəki maraqlarına xidmət etdiyini də bildirib. 

“Sünik vasitəsilə dəhlizin təmin edilməsinə dair razılaşmalar çoxdan, hətta Qarabağda 44 günlük müharibədən əvvəl əldə olunub”. Bu iddia da erməni politoloq Alen Gevondyan tərəfindən irəli sürülüb. “İndiki baş nazir və onun kiçik komandası 2018-ci ildə hakimiyyətə gətiriləndə əsas razılaşma nöqtələrindən biri dəhliz məsələsi idi. Bu müqavilə bu gün də qüvvədədir, heç nə dəyişməyib. Problem başqadır - 9 noyabr 2020-ci il tarixli bəyanatda açıq şəkildə Rusiya Federasiyası FTX-nin iki nəzarət-buraxılış məntəqəsi olmalı olduğu yazılıb”, - deyə o qeyd edib. Onun sözlərinə görə, dəhlizlə bağlı bir neçə ssenari var ki, onlardan biri də güc yolu ilə açılmasıdır. Erməni ekspert Yeni İl şənlikləri zamanı atəşkəsin pozulacağını da istisna etməyib. Faktiki olaraq görünən budur ki, Ermənistanla İran arasındakı saxta münasibətlər başqa məcraya keçir və revanşist qüvvələr hazırda arzuolunan hesab edilən ümumi prosesi pozmaq üçün növbəti təxribatlara hazırlaşırlar. Bu durum nə vəd edir? Ermənistan-İran münasibətlərinin pozulması nə ilə nəticələnə bilər?

Məhəmməd Əsədullazadə

Siyasi təhlilçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, İranın bu prosesdə rolu zəifləyib: “Tehranın Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri neytrallaşıb. Paşinyanın Makrona arxalanması isə öz hakimiyyətinin itirilməsi ilə nəticələnə bilər. Regionda əsas söz sahibi Türkiyədir. Vaxt Ermənistan hakimiyyətinin əleyhinə işləyir”. Ekspert Türkiyənin Ermənistana sülh müqaviləsinin bağlanması üçün ciddi təzyiqlər edəcəyini gözləyir: “Paşinyanın sülhü gecikdirməsi Ankaranın regional siyasətini təhdid edir. Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələrin sərhəddə görüşü bu xüsusdadır. Ermənistan Müstəqillik Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır və digər şərtlərdən geri çəkilməli, Zəngəzur dəhlizini açmalıdır". Siyasi icmalçı Aqşin Kərimov bir neçə ay öncə proqnozlaşdırdığı mövqenin yerinə oturduğunu düşünür və indi əminliklə qeyd edir ki, İran Cənubi Qafqazda itki verəcəyini hiss edərək kompromisə hazırlaşır: “İranın İsraillə "kölgə döyüşləri", HƏMAS, “Hizbullah” üzərindən verdiyi itkilər, Suriyada mövqeyinin sarsılması onun Cənubi Qafqazdakı “qırmızı xətli” ambisiyalarına da sarsıdıcı zərbələr vurur. Çünki İranın regional təsirləri, ambisiyaları üçün formalaşdırdığı təhlükəsizlik zolaqları və proksi strukturlar indi ən aşağı vəziyyətdədir, belə olan halda, İran öz baxışlarını dar bir cəbhəyə fokuslayır". A.Kərimova görə, Rusiya Cənubi Qafqazda İranı dəstəkləyəcək mövqe nümayiş etdirmədiyindən Moskva Tehranı “Qafqaz güzəşti”nin qaçılmaz olduğuna inandırmağa məcburdur: “İran həm daxili siyasətdəki hekayələri, həm də regional və beynəlxalq siyasətdəki korlanan izlər səbəbindən məcburi şəkildə Cənubi Qafqazda Azərbaycanın strateji maraqları ilə barışmağı seçə bilər. Bununla da İranın Qafanda açdığı konsulluq geosiyasi risklərdə sadəcə olaraq simvolikləşir və Tehranın Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar prioritetlərinə qarşı gücü zəifləyir. Beləliklə, İranın Cənubi Qafqazda əvvəlki illərdəki aktivliyi daha az əhatəli maraqlarla əvəzlənir. Azərbaycan dəyişən geosiyasi mənzərədən istifadə edərək, strateji müttəfiqi Türkiyə ilə İranın zəifləmiş anını seçib maraqları naminə yeni reallıqlar yarada bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri