Ermənistanı növbədənkənar seçkilər gözləyir?
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiyaya dəyişikliklər və Azərbaycanla sülh sazişinin imzalanması məsələləri ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, Baş nazir bildirib ki, yaxın vaxtlarda Konstitusiya layihəsi dərc olunacaq, ictimai müzakirələr başlayacaq və sənəd parlamentə təqdim ediləcək.
Paşinyan müxalifəti bu məsələnin vacibliyinə inandırmağa çalışacaqlarını, bunun nəticə verməyəcəyi təqdirdə, digər ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsini nəzərdən keçirəcəklərini deyib.
"Biz müxalifətdəki həmkarlarımızı bunun Ermənistan dövlətinin mövcudluğunun təmin edilməsi məsələsi baxımından vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu, nəticə verməsə, növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da daxil olmaqla, digər ssenariləri nəzərdən keçirəcəyik", - Baş nazir bildirib.
O, Konstitusiyaya dəyişikliklər etmək və Azərbaycanla sülh sazişini imzalamaq vədini Ermənistan vətəndaşlarına verdiyini xatırladıb.
"Əgər Ermənistan xalqı bu vədin yerinə yetirildiyini görmək istəyirsə, bunu xalqla birlikdə həyata keçirməliyik. Əgər xalq bu vədin yerinə yetirildiyini görməsə, müəyyən məqamda mənim siyasi missiyamın başa çatdığı qənaətinə gəlmək olar. Buna görə də bu, mənim üçün prinsipial məsələdir", - Paşinyan vurğulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















