Icma.az
close
up
RU
“Ermənistanı silahlandıran ölkələrin məqsədi...” AÇIQLAMA

“Ermənistanı silahlandıran ölkələrin məqsədi...” AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

 “Azərbaycanın 44 günlük müharibədə və sonradan keçirilən bir günlük antiterror əməliyyatında öz ərazi bütövlüyünü tam təmin etməsi və şərti Azərbaycan-Ermənistan sərhədinə çıxması sülh müqaviləsinin əsasını təşkil edən reallıqlardan biridir”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəyev bildirib.
Millət vəkili qeyd edib ki, bu müqavilə beynəlxalq hüquq normalarına əsaslanaraq bağlanmalıdır:
“Azərbaycan sülh müqaviləsi üçün 5 əsas şərt irəli sürüb və Ermənistan bunların heç birinə açıq şəkildə etiraz etmir. Lakin hazırda Ermənistan sülh müqaviləsinə gələcəkdə Azərbaycana problem yarada biləcək bəzi müddəalar daxil etməyə və ya Azərbaycanın daxili işlərinə müdaxilə edə biləcək məqamları öz xeyrinə həll etməyə çalışır. Azərbaycan isə təbii ki, belə bir situasiyaya razı ola bilməz.Mətbuatda yayılan məlumatlara görə, sülh müqaviləsi 17 bənddən ibarət olacaq. Bununla bağlı tərəflər arasında müəyyən razılaşmalar əldə edilsə də, Ermənistan hazırda tam razılaşdırılmamış bir sülh müqaviləsini imzalamağa və həll olunmayan məsələləri qeyri-müəyyən bir vaxta – bir il, əlli il, hətta yüz il sonraya saxlamağa çalışır. Azərbaycan isə yarımçıq sülhə razı deyil və müqavilənin bütün bəndləri tam razılaşdırılmalıdır”.
A.Mirzəyev onu da qeyd edib ki, sülh müqaviləsinin 17-ci bəndi tam razılaşdırılana qədər danışıqlar davam edəcək:
“Azərbaycan öz suveren hüquqlarının qorunmasında qətiyyətlidir və heç bir halda Ermənistanın Azərbaycanın suverenliyini şübhə altına almasına imkan verməyəcək.
Ermənistanı silahlandıran ölkələrin məqsədi Azərbaycanı daima gərginlik və problemlərlə üz-üzə saxlamaqdır. Lakin bu niyyət uğursuz olacaq. Azərbaycan öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün vasitələrdən, o cümlədən silahlı qüvvələrinin ən müasir silahlarla təchiz edilməsi yolundan istifadə edir.
Bunu dünya görür və qəbul etməlidir. Ona görə də Ermənistan və onu müdafiə edən dairələr, eləcə də konkret ölkələr Azərbaycanın suverenliyini tanımalı və qəbul etməlidir. Azərbaycan başqa bir varianta heç zaman razı olmayacaq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri