Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Ermənistanı təhrik edən saxta demokratlar: Bu səfərki zərbə onu tam nakauta sala bilər

Ermənistanı təhrik edən saxta demokratlar: Bu səfərki zərbə onu tam nakauta sala bilər

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət ünvanlayıb. Dövlət başçısı xalqa müraciətində sülhdən yayınan Ermənistana və onun havadarlarına sərt xəbərdarlıq edib. Ölkə rəhbəri Ermənistanı silahlandıran, müharibəyə təhrik edən Qərb ölkələrinə də növbəti sərt mesajlarını verib. Prezident istənilən təxribat cəhdinə adekvat cavab veriləcəyini vurğulayıb: "İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar". Dövlət başçısı diqqətə çatdırıb ki, indi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: "Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır". Ölkə rəhbəri bəyan edib ki, biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq: "Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq".


Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Ermənistan torpaqlarımızı tək işğal etməmişdi. 


Ekspertin sözlərinə görə,  İrəvana dəstək verən, təhrik edən, silah verən qüvvələr, dövlətlər vardı, indi də var: 


"Xarici maraqlara alət olan Ermənistan heç zaman tam müstəqil olmayıb, həmişə kimlərinsə aləti kimi çıxış edib. Əsasən Qərb Ermənistanı Türkiyə və Azərbaycana qarşı istifadə edib. Fəqət Qarabağ zəfərindən sarsılan və şoka düşən həmin qüvvələr yenidən Ermənistanı təxribata cəlb etmək istəyirlər. Ermənistan da riyakar və ikili standartlarla iş görmək istəyir. Bir tərəfdən özünü sülhə razılaşan kimi göstərib digər tərəfdən isə Fransanın, Hindistanın silahlarını qəbul edir, Avropa dövlətlərinin kəşfiyyat orqanlarının sərhədlərimizdə fəaliyyətinə şərait yaradır. Ona görə cənab Prezidentin bu ərəfədə yenidən xəbərdarlıq etməsi önəmlidir. Əgər Ermənistan hansısa bir təxribata, təhrikə uyub Azərbaycana qarşı tərpəniş edərsə bu səfərki zərbə onu tam nakauta sala bilər və ola bilsin ki, sülh mövzusu da masadan götürülər. Odur ki, cənab Prezidentin əvvəlki çıxışlarında da deyildiyi kimi hazırki sülh təklifi şansı onlara bir də verilməyə bilər".


Analitik vurğulayıb ki, torpaqlarımızın azad edildiyi zaman ermənilərin xalqımıza qarşı etdiyi kimi müharibə qanunlarını pozacaq heç bir qeyri-insani addım atılmayıb: 

"Marıtda dayanmış məkrli, xain bəzi xarici düşmənlərin əlinə dəstəvuz verilməyib. Dövlət rəhbərinin əmri ilə şanlı ordumuz mərdcə savaşıb tapdalanan haqqımızı bərpa edib, işğalda qalmış torpaqlarımızı, murdarlanan məscidlərimizi, təhqir olunan ziyarətgahlarımızı, dağıdılmış məzarlarımızı azad edib. Amma bu gün erməniləri təhrik edən saxta demokratlar, riyakar "insana haqları müdafiəçiləri" erməni vandalizminə, minlərlə soydaşımızın didərgin düşməsinə səslərini çıxarmırdılar. İndi də müxtəlif yolları arayırlar ki, Azərbaycanın daha da qüdrətlənməsinə hər vəchlə mane olsunlar. Bu qüvvələr orta əsrlərdəki səlibçi təfəkküründə olan Qərbin ideoloji institutlarıdır. Əsasən də Fransa bu məsələdə aktivdir. Ancaq şübhəsiz ki, bu cəhdlər əbəsdir və erməniləri alət edənlər də ermənilər kimi uduzacaqlar. Qələbə qazanmaq asandır, lakin o qələbəni əldə saxlamaq çətindir. Dövlətimiz, xalqımız, dövlət başçımız həm qələbə qazandı, həm də o qələbəni əldə saxlamağı bacardı. Döyüş meydanında qalib olduğumuz kimi siyasət masasında, diplomatiya müstəvisində də qalib, üstün olduq. Belə olduqda da mütləq qalibiyyət əldə etmiş Azərbaycan dövlətinə qarşı təxribatlar yalnız bu niyyətdə olanların özlərini ifşa edəcək. Prezident İlham Əliyevin xüsusi olaraq Zəfər Günündə Azərbaycana qarşı mənfi niyyətdə olanlara mesaj verməsi eyni zamanda onu göstərir ki, biz hər şeyi görürük, bilirik və istənilən təxribata layiqli cavab verməyə hazırıq. Yeni müharibə niyyətində olanlar isə daha ağır məğlubiyyətə düçar olacaqlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri