Icma.az
close
up
RU
Ermənistanı türklərdən təmizləməli deyilən gün faciələrin başladığı gündür

Ermənistanı türklərdən təmizləməli deyilən gün faciələrin başladığı gündür

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağda separatizmin baş qaldırdığı ilk günlərlə bağlı ötən dəfə ki məqalədə bildirmişdik ki, 1988-ci il 12-13 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk və çox coşqulu eyni zamanda araqarışdırıcı bir mitinqi keçirirlər.


Adalet.az xəbər verir ki, bu "coşqu"dan təsirlənən və həvəslənən İrəvan erməniləri də mitinqlərə başladı.
Türk düşmənçiliyinə rəvac verən həmin mitinq 1988-ci il 19 fevralda İrəvanda nə qədər separatçı, millətçi, şovinist var hamısını ayağa qaldırdı. Bəlkə də, qəlblərinin bir küncündə azərbaycanlılara, ümumilikdə türk dünyasına qarşı nifrətlərini ucadan bağırdıqların yalnız həmin günə təsadüf edir.
Çünki mitinqdə "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" şüarları səsləndirir, yazılı trafaretləri isə şəhərin hər tərəfinə səpələyirdilər .

Eyni mitinq Bakıda da həmin gün keçirilirdi, amma heç kim ermənilər kimi "ermənisiz Azərbaycanda yaşamaq istəyirik", Azərbaycandan ermənilər təmizlənsin "şüarı söyləmirdi. Hamı bir ağızdan 1988-ci il 19 fevralda Bakıda "Qarabağ bizimdir!" şüarları ilə Qarabağın ermənilər tərəfindən mənimsənilmə prosesinə etiraz edirdi.

 Artıq 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirmişdi.

12 fevraldan Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaradırdı.

Sabah isə ermənilər növbəti  dəfə separatçı addım üçün birləşmişdi...

Bizi izləyin və bu tarixi heç vaxt unutmayın! Tarixi unudarsan, tarix unutduğun anları sənə bir də yaşadar!

Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri