“Ermənistanın Aİ ilə yaxınlaşması Tehranla münasibətlərə xələl gətirməyəcək”
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
“Ermənistan rəsmiləri digər ölkələrlə, o cümlədən Avropa dövlətləri ilə əməkdaşlığın inkişafının İrəvan-Tehran münasibətlərinə mənfi təsir göstərməyəcəyinə dair Tehrana təminat veriblər”.
Missiya.Az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
O bildirib ki, Tehran erməni dostlarına güvənir və hesab edir ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır.
“Tehran bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsinə, eləcə də İrəvanla qonşuları arasında dinc yanaşı yaşamağa maraqlıdır”, - deyə diplomat vurğulayıb.
Sübhani regional kommunikasiyaların açılmasına da münasibət bildirib.
Sübhani qeyd edib ki, Tehran bu prosesə qarşı deyil, lakin onun yalnız milli və ərazi suverenliyi çərçivəsində baş tutması şərti ilə ola bilər.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 18 İyul 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















