Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Ermənistanın Aİ üzvlüyünün qeyrimüəyyən perspektivləri ŞƏRH

Ermənistanın Aİ üzvlüyünün qeyrimüəyyən perspektivləri ŞƏRH

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin ilk günləri də Ermənistanın siyasi mühitində çalxalanmalar davam edərək yeni vüsət alıb. Baş nazir Nikol Paşinyanın əmri ilə 5 yanvar tarixində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini, Milli Qəhrəman Tiran Xaçatryan həbs edilib. Bununla yanaşı, bir sıra bölgələrdə bələdiyyə sədri, icma rəhbəri postu uğrunda gərgin mübarizə başlayıb.

Tiranın həbsi isə müdafiə nazirliyində dalğalanmalara səbəb olub. Çünki Paşinyan tərəfindən Milli Qəhrəman adı verilən hərbçinin cinayət məsuliyyətinə cəlb edilməsi yeni həbslərin və işdən çıxarılmaların davam edəcəyinə işarə kimi qəbul edilib. Hətta nazirlikdə hətta kiçik rütbəli zabitlərin də narahat olduğu qeyd edilir. Bütün bu təlatümlər, qorxular, hakim partiyanın növbəti qapalı iclasının keçirilməsi, iqtisadi artımın artması, yanvarın ilk həftəsi növbəti bir neçə yüz milyon avroluq kreditin alınması ölkə daxilində ciddi narazılıq dalğasına çevrilib. Müxalifətin əlində olan media qurumları və politoloq, şərhçi iqtisadçılar Paşinyanı tənqid edərək növbəti səlib yürüşünə start veriblər. Hələ bu da azmış kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərt və haqlı açıqlamaları da erməni cəmiyyətində qorxu və təşviş mühiti yaradıb. Eyni zamanda yeni ilin ilk günlərində hökumətin yeni bir qərarı da rezonans doğurub və ciddi müzakirələrə yol açıb. Baş nazir Nikol Paşinyan 9 yanvar tarixində Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib. Əsas məruzəçi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son illərdə Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında dinamik və inkişaf edən münasibətlərə əsaslanan müsbət mövqe bildirməyi təklif edib. Bununla yanaşı, Avropa İttifaqı müşahidə missiyasının müddətinin uzadılması da müzakirə edilib. Paşinyan isə əlavə edib ki, bu məsələ ilə bağlı referendum keçirmək lazımdır. Hökumət başçısının sözlərinə görə, referendum keçirməzdən əvvəl Ermənistan Avropa İttifaqı ilə üzvlük məsələsini müzakirə etməlidir: “Bu qanunun qəbulundan sonra biz Avropa İttifaqı ilə onların nəzərdə tutduğu və bizim nəzərdə tutduğumuz yol xəritəsini müzakirə etməli və birlikdə yol xəritəsi hazırlamalıyıq”.

Təbii ki, mövzu Qrononun İrəvana səfəri zamanı da müzakirə edilib. ER hökuməti tərəfindən Aİ-yə üzvlük haqqında qanun layihəsinin təsdiqlənməsi, daha sonra isə qanun layihəsinin Milli Assambleyada qəbul edilməsi Paşinyan hökumətinin qəbul etdiyi Qərb vektor siyasəti çərçivəsində erməni dövlətinin xarici siyasətində mühüm mərhələdir, Lakin bu, mahiyyətcə Aİ-yə üzvlük baxımından heç nə demək deyil. İlk olaraq, onu qeyd edək ki, hələ 2013-cü ildə Avropa Komissiyasının rəhbərliyi bəyan edib ki, Avropa və Avrasiya İttifaqına eyni vaxtda üzvlük mümkün deyil. Bu gün isə Brüsselin mövqeyinin dəyişdiyini düşünməyə əsas yoxdur. Bu gün Avropa İttifaqında heç kim Ermənistanı qəbul etməyə hazır deyil, amma prosesə start veriləcək. Paşinyan Rusiya və Avrasiya İttifaqının digər üzvləri ilə münasibətlərə xəyanət etmək yolundadır, özünün fikrincə, postsovet məkanının qucağından çıxmağa çalışır. Bu isə göründüyü kimi, xam xəyaldan başqa bir şey deyil. Çünki Avropa heç bir quru sərhədi olmayan, imkanları məhdud, təbii resursları zəif, hər il dövlət borcu artan, ixrac üçün dünya standartlarına uyğun olmayan, iqtisadiyyatı Rusiyanın monopoliyasında can verən bir ölkəni niyə üzv qəbul etsin ki? Bütün baş verənlər geosiyasi oyunun bir parçasıdır. Amma qeyd edək ki, Paşinyanın bu qərarından sonra İrəvanın Rusiya və Aİİ ölkələri ilə problemlərin dərinləşəcəyi göz qabağındadır. Nəzərə almaq lazımdır ki, Aİ genişlənmə nöqteyi-nəzərdən kifayət qədər ləng və həvəssiz hərəkət edir. Qərarlar da mürəkkəb və uzun müddət ərzində, fikir ayrılıqları fonunda qəbul edilir. Bu da prosesin on illərlə gecikməsini, dalana dirənməsini ortaya çıxarır. Ən azı ortada Türkiyə və Gürcüstan nümunəsi var. Bütün bunlar isə xam xəyallara qapılan erməni siyasi elitasının nəzərindən yayılıb. Ermənistanın Aİ-yə namizəd statusu alması çox uzun illər apara bilər. Çünki Brüsselin bu qərarı çox uzun müddət təxirə salacağı, geosiyasi oyunlarına davam edəcəyi istisna deyil.

Təbii ki, erməni hakimiyyətinin bu qərarına Rusiyanın reaksiya verəcəyi gözlənilən idi. Elə bu səbəbdən də Kremlin cavabı özünü çox gözlətməyib. Peskov bildirib ki, bu, Ermənistanın suveren hüququdur. Amma Aİ-nin bu məsələdə mövqeyi nəzərə alınmalıdır. Eyni zamanda Kreml rəsmisi bildirib ki, Aİİ üzvlüyü Ermənistana və xalqına çox müsbət dividentlər verir: “Amma Ermənistan həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməz”.

Bu isə o deməkdir ki, RF erməni dövlətinin çətin seçim qarşısında olduğuna eyham vurur və seçimində diqqətli olmağa çağırır.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk da mövzuya toxunaraq bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqına daxil olmasının müzakirəsini Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi qiymətləndirir. Onun sözlərinə görə, Kreml iqtisadi siyasətini Ermənistanla bu şəraiti nəzərə alaraq quracaq.

Əgər Ermənistan iqtisadiyyatının əsas rıçaqlarının Moskvada cəmləşdiyini nəzərə alsaq, Overçukun açıqlamasını açıq-aşkar təhdid kimi də qəbul edə bilərikş Çünki Aİİ-dən çıxış və Aİ ilə daha yaxın münasibətlər qurma halında enerji və ərzaq, xüsusən də buğda qiymətlərində ciddi artım müşahidə ediləcək. Eyni zamanda ixracın da ciddi şəkildə azaldılacağını proqnozlaşdırmaq mümkündür.

Qeyd etmək yerinə düşər ki, bir müddət əvvəl Yerevanın Avropa İttifaqındakı səfiri Tiqran Balayanın Qərb vektorunun Ermənistanın xarici siyasətinin əsası olduğunu açıqlaması da Kremlin qəzəbinə səbəb olmuşdu. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Qərb Ermənistanı yalnız Qafqaza od vurmaq üçün alət kimi görür. Bu fikri ilə rusiyalı diplomat Paşinyan hökumətinə eyham vurub ki, təmsil etdiyi dövlət Qərbin oyuncağına çevrilib və bu, heç də yaxşı nəticələrə səbəb olmayacaq.

Bununla yanaşı, vurğulayaq ki, Brüsselin bu məsələyə “isti” münasibəti sırf Cənubi Qafqazdakı siyasi maraqlarına xidmət edir. Çünki ən azı coğrafi səbəbdən İrəvan üçün Aİ üzvlüyü qəti surətdə görünmür. İttifaq ölkələrinin heç biri ilə sərhədi olmayan bir dövləti özünə qoşa bilməz. Təəccüblüdür ki, Avropa İttifaqı və NATO hələlik Ermənistanın onlara qoşula biləcəyinə eyham vurmayıblar. Erməni dövləti köhnə qitədə heç kəsə lazım deyil və “Avropa gələcəyi” şüarı altında Ukraynanın yolunu təkrarlamaq üçün şirnikləndirilir.

Eyni zamanda yanvarın 9-da ortaya atılan qanun layihəsi heç bir real addım sayılmamalıdır. Bu, sadəcə Ermənistanın Avrasiya strukturlarında əməkdaşlığı dərinləşdirməyi planlaşdırmırmadığına dair Moskvaya eyhamdır. Bunun sifarişi isə Paşinyana Qərbdən gəlib. Brüssel Rusiyaya sübut etməyə çalışır ki, Ermənistan xarici siyasət vektorunu dəyişir. Erməni dövlətini Moskvanın ağuşundan qoparmaqla, Kremlin regiondakı hərbi bazası və təsiri də yoxa çıxa bilər. Əslində Ermənistan hazırda Qərblə Rusiya qarşıdurmasında təzyiq aləti rolunu oynayır. Qərbin diqtəsi ilə oturub-durmağa alışan erməni siyasi elitası başa düşmür ki, Aİ-yə namizədlik statusunu, söhbət hələ tam üzvlükdən yox, namizədlik statusundan gedir, bu, yaxın 50 ildə ya mümkün olar, ya da olmaz. Əvəzində isə Rusiya kimi partnyorlar münasibətlər korlanır. Bu da Aİİ kimi qurumla vidalaşma ilə nəticələnə bilər. Geosiyasi çalxalanmalar, Rusiyaya tətbiq edilən sanksiyalardan erməni dövləti kifayət qədər böyük məbləğlər əldə edir. Aİ isə bu təminatı vermir. Bu bazara daxil olma həvəsi iqtisadiyyatı tamamilə alt-üst etmək deməkdir. Çünki köhnə qitə bazarı Rusiya və Aİİ üzv ölkələri bazarı deyil. Orada erməni məhsulları ilə maraqlanan, gözləyən də yoxdur. Bunu rəqəmlər də sübut edir ki, son iki il ərzində Ermənistanın Qərblə ticarətində ciddi geriləmə müşahidə edilir. Rusiya və Aİİ ölkələri ilə isə ticarətdə artımlar qeydə alınıb.

Qısacası, əminliklə söyləmək olar ki, iki müxtəlif təşkilatın (Aİ və Aİİ) üzvü olmaq geosiyasi cəhətdən və nəzəri cəhətdən qətiyyən mümkün deyil. Aİİ-nin öz gömrük meydanı, şərtləri, qaydaları, kapitalı, mal və məhsulların axımı qanunları var. Aİ-də isə bu məsələlər fərqlidir. Rusiyanın qəzəb faktorundan əlavə, İran məsələsini də unutmaq lazım deyil. Hazırda Ermənistanın etibarlı tərəfdaşı sayılan rəsmi Tehran da İrəvanın Aİ-yə üzvlük perspektivinə isti yanaşmır. Bu, İslam Respublikası üçün ciddi problem və təhdid sayılır. Göründüyü kimi, baş nazir Nikol Paşinyan atdığı addımların gələcəyini və əks-təsirlərini düşünmədən yola çıxıb və rəhbəri olduğu ölkəni uçuruma sürükləməkdə davam edir…

Kamil Məmmədov

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://report.az
archiveBu xəbər 12 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri