Icma.az
close
up
RU
Ermənistanın Aİ yə üzvlük prosesi: Regionda nələr dəyişəcək?

Ermənistanın Aİ yə üzvlük prosesi: Regionda nələr dəyişəcək?

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistan və Avropa İttifaqı (Aİ) yeni əməkdaşlıq gündəliyinin imzalanması ilə bağlı danışıqlar aparır”. 

Bunu ötən gün Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan parlamentdə ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib. Digər tərəfdən,  nazir müavini Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın Ermənistana səfərə hazırlaşdığını deyib. O qeyd edib ki, səfər yaxın həftələrdə planlaşdırılır. 

Bu konteksdə, maraqlıdır,  Ermənistan Aİ-yə üzvlüklə Cənubi Qafqazdakı balansı dəyişə bilərmi? Avropa Birliyinin standartları nəzərə alınarsa, Ermənistan hüquqi aspektdən bu üzvlüyə layiqdirmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, yaxın zaman çərçivəsində Ermənistanın Aİ-yə bərabərhüquqlu üzv olması gözlənilmir:

“Düşünürəm ki, Ermənistan da bunu gözləmir. Bu baxımdan regionda balansın ciddi dəyişməsi ağlabatan iş deyil. Əvvəla, güc balansı heç bir zaman Ermənistanın xeyrinə olmayacaq. Çünki Cənubi Qafqazın ən güclü ölkəsi Azərbaycandır və biz bu vəziyyətin dəyişməsini istəmirik, buna imkan da verməyəcəyik. Potensial olaraq,  Azərbaycan Ermənistandan dəfələrlə güclüdür – həm ordu təchizatı, həm də iqtisadi-maliyyə gücü baxımından bu belədir. O ki qaldı, Cənubi Qafqaz ölkələrinin Ermənistanın Aİ-yə üzvlük məsələsinə reaksiyasına, demək lazımdır ki, bu, ölkənin daxili siyasətinə aid olan mövzudur. Burada Azərbaycan və ya Gürcüstanın müdaxiləsi Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirilir. Bu seçim Ermənistana aiddir, hər kəs öz gələcəyini qərarları ilə müəyyən edir. Buna da bilavasitə məsuliyyət daşıyan həmin dövlət və onu idarə edənlərdir. Fikir verirsinizsə, Gürcüstanın bu məsələ ilə bağlı heç bir münasibəti yoxdur. Azərbaycan da heç bir zaman “Ermənistan Avropa Birliyinə üzv ola bilməz, bu bizim siyasətimizə, təhlükəsizliyimə ziddir”, kimi açıqlamalar verməyib və verməyəcək”.

Müsahibimiz qeyd edib ki, biz sadəcə regionda yer alan Ermənistan, Gürcüstan və Azərbaycan arasında normal qonşuluq münasibətləri sisteminin formalaşması və inkişaf etməsini istəyirik:

“Bunların sülh şəraitində, iqtisadi-ticari əməkdaşlıq fonunda baş verməsində maraqlıyıq. Doğrudur, bu yöndə konkret qərarlar verilməyib. Burada da əsas tormuzlayıcı amil Ermənistandır. Çünki bu ölkə hələ də qeyri-müəyyənlik siyasəti yürüdür. Ermənistanın hüquqi aspektdən Aİ-yə üzvlüyə layiq olması məsələsinə gəldikdə isə, bu, daha çox həmin dövlətin verdiyi qərarla əlaqəlidir. Həmin qərar əlbəttə, ictimaiyyətin əksəriyyətinin bilavasitə rəyi ilə ortaya çıxır, çünki xalq istəməsə, bunu etmək mümkün deyil. Digər tərəfdən, bilirsiniz, Avropa Birliyinin konkret standartları var – insan hüquqları, demokratiya, iqtisadiyyatda liberallaşmadan tutmuş bazar iqtisadiyyatına qədər və.s.  Bu təşkilata üzv olmaq istəyən ölkə sözügedən istiqamətlərdə ciddi işlər aparmalıdır. Ermənistanda da bu yöndə müəyyən hazırlıqlar hiss olunur. Bir tərəfdə dövlətin əsas qanunu olan yeni konstitusiyanın mətni yazılır və növbəti parlament seçkilərinə qədər bu mətnin hazır olması ilə bağlı bir qərar var. Bu standartlar düşünürəm ki, tədricən ali qanunda yer almaqla bərabər, bütün strukturlarda, idarəetmədə, eyni zamanda insan hüquqları ilə bağlı məsələlərdə də tədricən özünü göstərməlidir. Bunlar hesabatlar şəklində Avropa Birliyinə təqdim olunmalı və müzakirə edilməlidir”.

N.Miri bildirib ki, Ermənistan Aİ-yə üzv olana qədər konkret praktik nəticələr ortaya qoymalıdır:

“Yəni bu, uzunmüddətli məsələdir. Hər bir halda, Ermənistanın qərarına yönəlmiş hadisədir. Eyni şey Gürcüstandan da tələb olunurdu. Layiq olmaq məsələsindən daha çox, qeyd etdiyim kimi, ölkənin verdiyi qərarlarla bilavasitə əlaqəlidir. Təbii ki, bu, qarşılıqlıdır, çünki Avropa Birliyinin də Cənubi Qafqazda geosiyasi maraqları var. Belə bir vəziyyətdə, Ermənistan da Aİ-yə üzv olmaqla bağlı artıq hökumət səviyyəsində qərarı təsdiq edib və bunu parlamentə göndərib. Fevral ayında bu sənəd parlamentdə də təsdiq olunacaq. Hələlik, görünən budur. Eyni zamanda burada xristian amili də güclü faktordur. Ermənistan da bir xristian ölkəsi olduğu üçün perspektivdə ola bilsin ki, sürətləndirilmiş formada tədricən Aİ-yə inteqrasiya etmək siyasətinə üstünlük verilsin”.

Günay Rəsulqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Yanvar 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri