Icma.az
close
up
RU
Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar açıqlandı Siyahı

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar açıqlandı Siyahı

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan bazarının ehtiyac duyduğu mallar olmalıdır. Düşünürəm ki, məsələn, Ermənistan tikinti materialları sahəsində ixrac həyata keçirə bilər.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Qaqik Makaryan Ermənistandan Azərbaycana hansı malların idxal oluna biləcəyi ilə bağlı yerli KİV-ə müsahibəsində deyib.

Ekspert iddia edib ki, Ermənistanda tikinti materiallarının istehsalı üçün çox yaxşı Avropa texnologiyalarından istifadə olunur:

“Qatarla bağlı problem olmasa, böyük həcmdə tikinti materiallar ixrac edilə bilər. İkincisi, Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri, eləcə də meyvə araqları ilə maraqlana bilər. Üçüncüsü, bu, müəyyən növ konservləşdirilmiş məhsullar ola bilər, azərbaycanlılar çay həvəskarı olduqlarını nəzərə alsaq, mürəbbə satışı da mümkündür.

Ermənistanın bəzi Avropa ölkələri üçün istehsal etdiyi tikiş sektorunun bəzi məhsulları da. Müəyyən növ dərman, elektrik və elektron avadanlıqlar haqqında da danışmaq olar. Gələcəkdə münasibətlərdə inkişaf olsa, şirniyyat da sata bilərik.

Müxtəlif Ermənistan fabrikləri yaxşı şokolad istehsal edir, bunlar Belçika və bəzi Avropa ölkələrinə də ixrac olunur. Siqaretlərdən də bəhs etməyi zəruri hesab edirəm”.

Makaryan Azərbaycanın Ermənistan üçün böyük bazar ola biləcəyini vurğulayıb:

“Daimi bazar olsa, həcm artırıla bilər. Azərbaycan böyük bir ölkədir, əhalisi 10-11 milyondur, buna görə də Ermənistan bazarından ən azı üç dəfə böyükdür, niyə də olmasın”.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da yerli KİV-ə Ermənistan-Azərbaycan sərhədinin açılmasının vaxtının çatdığını iddia edib:

“Fikrimcə, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması və dəmir yolu ilə Ermənistan sərhədinə gələn yüklərin oradan multimodal şəkildə yük maşınlarına daşınması və Ermənistan-Azərbaycan quru sərhədindən keçməsi üçün çox yaxşı vaxtdır”.

Papoyan həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi malların olduğunu da qeyd edib:

“Kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl zinət əşyaları, ferromolibden, balıq məhsulları”.

Xatırladaq ki, Azərbaycan dekabrın 19-da Ermənistana 1300 ton həcmində Aİ95 benzini tədarük edib. Ermənistandan ölkəmizə mümkün tədarük də bu kontekstdə gündəmə gətirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Dekabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri