Icma.az
close
up
RU
Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdləri

Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdləri

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan üçün aktuallığını saxlayır. Bunu Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərdən də görmək mümkündür. Belə ki, Zəngəzur dəhlizi layihəsinin Azərbaycan tərəfindən irəli sürüldüyünü qeyd edən dövlətimizin başçısı 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələnin məhz Azərbaycan tərəfindən beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındığını bildirdi: "Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq".
Bununla yanaşı, Azərbaycan Prezidenti qarşı tərəfin - Ermənistanın hazırkı rəhbərliyinin dörd ildən çoxdur ki, Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı qeyri-konstruktiv mövqe sərgilədiyini də diqqətə çatdırdı: "Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur".
Gördüyümüz kimi dövlət başçımız rəsmi İrəvanın 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini növbəti dəfə gündəmə gətirib. Azərbaycan sözügedən Üçtərəfli Bəyanatın əvvəlki maddələrinin Ermənistan tərəfindən yerinə yetirilməsini faktiki olaraq güc yoluyla təmin edib. Biz havadarlarının təhriki ilə Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməkdən boyun qaçıran Ermənistan rəhbərliyini yeni reallıqlarla hesablaşmağa və öhdəliklərini yerinə yetirməyə məcbur etmişik. Ancaq Üçtərəfli Bəyanatın 9-cu maddəsi isə hələ də yerinə yetirilməyib. Söhbət kommunikasiyaların blokdan çıxarılmasından və o cümlədən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının bərpasına gətirib çıxaracaq Zəngəzur dəhlizinin açılmasından gedir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir". 10 noyabr Bəyanatının 9-cü bəndində də açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır.
Lakin Üçtərəfli Bəyanata imza atmış Ermənistanın baş naziri Nikol Paşinyan isə bu öhdəliyi, bu tələbi yerinə yetirmək əvəzinə, cürbəcür absurd arqument və bəhanələrlə prosesi ləngitməyə çalışır. Erməni hiyləgərliyinə sadiq qalan Nikol Paşinyan Zəngəzur dəhlizi layihəsini əngəlləmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün reallaşmaq imkanı sıfıra bərabər olan qeyri-real və cəfəng layihələri ortaya ataraq, manipulyasiyalarla məşğul olur. Paşinyan “Sülh kəsişməsi” adlı "alternativ" layihə ideyasını ortaya atmaqla faktiki olaraq pozuculuqla məşğul olur. "Sülh kəsişməsi" avantüradan və xəyalpərəstlikdən başqa bir şey deyil.
Prezident İlham Əliyev də müşavirədəki çıxışında bu məqama toxunaraq "Sülh kəsişməsi" layihəsinin Azərbaycanın iştirakı olmadan gerçəkləşdirilməsinin qeyri-mümkün olduğunu bildirdi və bizsiz həmin layihənin iki qəpiklik olduğunu qeyd etdi: "Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar".
Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq, manipulyasiya etmək cəhdlərinin səbəbi və məqsədi aydındır. Zəngəzur dəhlizinin açılmasının qatı əleyhdarı kimi çıxış edən ölkələr (ilk növbədə isə Fransa, İran, Hindistan və b.) Ermənistan rəhbərliyini inandırmağa çalışırlar ki, bu dəhlizin açılması guya Ermənistanın strateji maraqlarına ziddir. Təəssüf ki, Avropa İttifaqı (Aİ) da bu prosesdə destruktiv rol oynayır. Azərbaycana qarşı müxtəlif çirkin kampaniyaların aparılması da məhz bundan qaynaqlanır.
Ermənistan rəhbərliyi məhz ənənəvi havadarlarına arxalanaraq öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdən, Azərbaycandan Azərbaycana maneəsiz keçid imkanını yaratmaqdan imtina edir. Ancaq Ermənistan rəhbərliyi bununla faktiki olaraq öz xalqının mənafeyinə zərbə vurur. Bəli, Zəngəzur dəhlizi hamıdan çox məhz Ermənistanın özünə fayda verə bilər. Söhbət ilk növbədə iqtisadi dividentlərdən gedir. Lakin Paşinyanın qətiyyətsiz və ziddiyətli siyasəti Ermənistanın bundan sonra da blokada məngənəsində qalmasına səbəb olacaq. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz".
Azərbaycan Prezidentinin Ermənistanı gözləyən "dalan ölkə" perspektivi barədə açıqlaması bütün erməniləri düşündürməlidir. İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti xəbərdarlığı Paşinyanı reallıq hissinə qaytara bilər. Paşinyanın xilası xəyali "Sülh kəsişməsi"ndə yox, real Zəngəzur dəhlizinə "yaşıl işıq" yandırmaqdadır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Yanvar 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri