“Ermənistanın COPda iştirak edibetməməsi öz qərarıdır” Prezident
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son bir ildə Ermənistanla Azərbaycan arasında fəal danışıqlar nəticəsində ciddi irəliləyişlər, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlər var.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev COP29-da iştirak etmək üçün Bakıya gələn Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə deyib.
Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.

“Ermənistanın COPda iştirak edibetməməsi öz qərarıdır” Prezident
11 Noyabr 2024 17:08
“Ermənistanın COPda iştirak edibetməməsi öz qərarıdır” Prezident AzPolitika onlayn siyasiictimai qəzet
11 Noyabr 2024 17:09
“Ermənistanın COPda iştirak edibetməməsi...” Prezident Yeni Sabah
11 Noyabr 2024 17:16

