Icma.az
close
up
RU
Ermənistanın dəvətinə Türkiyədən REAKSİYA

Ermənistanın dəvətinə Türkiyədən REAKSİYA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Azərbaycan və Türkiyə liderlərini İrəvana dəvət edib. Xarici işlər naziri Ararat Mirzoyan Türkiyə və Azərbaycan prezidentlərinin gələn ilin mayında keçiriləcək Avropa Siyasi Birliyinin toplantısına qatılmaq üçün dəvət edildiklərini bildirib.

İndiki halda əsas maraq doğuran məsələ Türkiyə və Azərbaycanın dəvətə necə cavab verəcəyidir.

Mövzu ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, sülh istənilirsə, dialoq yolları bağlanmamalıdır:

“Cənab Prezident İlham Əliyevlə Ermənistan Baş naziri cənab Nikol Paşinyan arasında xüsusilə də Vaşinqton görüşündən sonra yaxşı dialoq mühiti yaranıb.  Azərbaycanın bir sıra jestləri oldu, məhdudiyyətləri aradan qaldırdı, Ermənistan bəzi sənədlərdən Ağrı dağı simvollarını çıxardı, Türk Hava Yolları Ermənistana uçur. Bütün bunlar irəliyə doğru yeni bir sistemin xəbərçisidir. İndi bircə gözləntimiz, şərtimiz qalıb, o da Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Ancaq mənim bildirim qədər Paşinyan daxildə bir yandan Qarabağ klanı, digər yandan da kilsənin böyük təzyiqi altındadır. Orada müxalifət kilsənin rəhbərliyi ilə yeni bir struktura çevrilib. Demək olar ki, kilsədən təlimat alırlar. İndiyə kimi qət edilən məsafənin Paşinyansız nə ilə nəticələnəcəyi suallar doğurur. Ona görə də, bu toplantı vacibdir.
Ölkə başçılarımızın İrəvana gedib-getməyəcəyi məlum deyil. Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. Paşinyan bir neçə dəfədir ki, çıxışlarında Ermənistan üçün böyük işlər gördüyünü, aylardır sərhəddə bir həbçinin də ölmədiyini deyir. O, bu dəfə xalqa onun rifahını yüksəltmək üçün Türkiyə və Azərbaycanla hər cür anlaşmalara getdiyini, Türkiyə ilə sərhədlərin açılacağının mesajını verə bilər. Çünki bu məsələlər Ermənistan üçün çox vacibdir. Ermənistandan gəlib Türkiyədə işləyən 100 min erməni var. Bu, rəsmi statistikadır. Onların Ermənistana iqtisadi  töhfəsi vacibdir”.

Ş.Ayrım Azərbaycan və Türkiyə liderlərinin Avropa Siyasi Birliyinin toplantısında iştirak ehtimalının olduqca aşağı olduğunu vurğulayıb:

“Cənab Rəcəb Tayyib Ərdoğanla cənab İlham Əliyevin İrəvandakı toplantıda iştirak ehtimalının yüksək olduğunu düşünmürəm. İndiki situasiya üçün ehtimal 50%-dən aşağıdır. Çünki Ukraynadakı hadisələr, bəzi regional problemlər var. İndi onsuz da qəti cavablar verilməz. Şəraitə, mövcud duruma baxılır. Qəti bir şey demirəm, çox yaxın ehtimal görmürəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri