Ermənistanın humanitar missiyası bu ölkədən çıxarıldı
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın humanitar missiyası təcili olaraq Hələbdən təxliyə edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, axşam saatlarında Ermənistanın minatəmizləmə mütəxəssisləri və tibb işçilərindən ibarət qrupun bütün şəxsi heyəti ölkəyə geri qayıdıb.
“Son günlər Suriya Ərəb Respublikasının bir sıra ərazilərində vəziyyəti kəskin şəkildə pisləşib və aktiv döyüş əməliyyatları başlayıb. Buna görə də, Hələb bölgəsində missiya həyata keçirmək qeyri-mümkün olub”, – deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında vurğulanıb.
Xatırladaq ki, Ermənistan 2019-cu ilin fevralından Suriyada humanitar missiyada iştirak edir.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Noyabr 2024 01:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















