Ermənistanın iqtisadiyyat naziri Moskvaya gedəcək
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yaxın günlərdə Moskvaya gedəcək və orada ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edəcək.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə nazir parlamentin maliyyə-kredit və büdcə məsələləri komissiyasının iclasında açıqlayıb.
"Yaxın günlərdə mən Rusiyaya səfər etmək və həmkarlarımla görüşmək niyyətindəyəm. Qarşılıqlı maraq kəsb edən geniş spektrli məsələlər qeyd olunub, biz onları müzakirə etməyi planlaşdırırıq. Və bu gündəm ticarət-iqtisadi əlaqələrimizin daha da genişlənməsini nəzərdə tutur", - deyə nazir qeyd edib.
Papoyan bir daha vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq imkanını nəzərdən keçirmir və Avropaya inteqrasiya haqqında qanun layihəsi Aİ-yə avtomatik üzvlük demək deyil.
Ağarza Elçinoğlu
Baxış sayı:56
Bu xəbər 17 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















