Ermənistanın İstintaq Komitəsi Paşinyanın ittihamlarını RƏDD ETDİ: Nə baş verir? KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Ermənistanın İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın müxalifətlə bağlı dediklərini təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Hayastan” blokunun deputatı Qeqam Manukyan sosial şəbəkələrdə yazıb.
O xatırladıb ki, Paşinyan müxalifəti ölkəyə qarşı hibrid müharibədə və təxribatda ittiham edib. Buna cavab olaraq Manukyan MTX-dən rəsmi olaraq baş nazirin bəyanatlarını yoxlamağı və onlara cinayət-hüquqi qiymət verməyi xahiş edib.
Manukyan bildirib ki, MTX onun məktubunu İstintaq Komitəsinə göndərib və oradan cavab veriblər.
“Cinayət işinin başlanmasına dair protokol Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsinin tələblərinə əməl edilmədiyi üçün qəbul olunmayıb. Yəni Paşinyanın dedikləri əsassızdır, İstintaq Komitəsi bunu açıqlamağa məcbur olub”, – Manukyan yazıb.
İttihamlara səbəb parlamentdə müzakirə olunan insidentdir. Belə ki, Hökumət saatında fraksiya nümayəndəsi Kristine Vardanyan Paşinyana sual verib. O, sualında İrəvanın mərkəzində “Qarabağ” mahnısının oxunmasına toxunub. Eyni zamanda təhlükəsizlik qüvvələrinin bunu edən İran vətəndaşlarını deyil, videonu internetdə yayımlayan şəxsi saxladıqlarını bildirib.
Paşinyan isə buna sərt reaksiya verib. O, belə hadisələrin Ermənistana qarşı hibrid müharibənin tərkib hissəsi olduğunu açıqlayıb və onların arxasında müxalifət qüvvələrinin dayandığını vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















