Ermənistanın keçmiş ədliyyə naziri yeni vəzifəyə gətirildi
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın keçmiş ədliyyə naziri, Respublika Partiyasının idarə heyətinin keçmiş üzvü Artak Zeynalyan parlamentdə gizli səsvermə yolu ilə Ermənistan Konstitusiya Məhkəməsinin üzvü seçilib.
"Unikal" xəbər verir ki, qapalı keçirilən gizli səsvermədə 107 deputatdan 67-si iştirak edib, hamısı Zeynalyanın namizədliyini dəstəkləyib, “əleyhinə” və bitərəf qalan olmayıb.
Ermənistandan Avropa İnsan Haqları Məhkəməsinin hakimi olmuş Vahe Qriqoryanın yerinə keçmiş Ədliyyə Nazirliyinin rəhbəri, Qərbyönlü Respublika Partiyasının üzvü namizədliyi irəli sürülüb. Zeynalyan Konstitusiya Məhkəməsinin hakimi seçkilərində iştirak etmək üçün İrəvan Ağsaqqallar Şurasının üzvü mandatından istefa verib. 2022-ci ildə Artak Zeynalyan Ermənistan Kassasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyini irəli sürsə də, qapalı keçirilən səsvermədə səs ala bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 İyun 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















