Ermənistanın keçmiş komitə sədri külli miqdarda mənimsəmədə ittiham olunur
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ermənistanın keçmiş hərbi sənaye komitəsinin sədrinə qarşı mənimsəmə ittihamı ilə cinayət işi açılıb.
Bakıvaxtı.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.
Yüksək texnologiyalar nazirliyinin keçmiş məmuru 360 milyon dram (təxminən 928 min dollar) məbləğində işlərin görülməsi üçün müqavilələr bağlayıb, halbuki bunlara obyektiv ehtiyac olmayıb.
Vəzifəli şəxsə Ermənistan Cinayət Məcəlləsinin səlahiyyətləri aşma maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq başa çatıb, materiallar məhkəməyə göndərilməsi üçün prokurora təqdim edilib.
KİV-in məlumatına görə, söhbət 2018-2020-ci illərdə hərbi sənaye komitəsinə rəhbərlik etmiş Avetik Kerbyandan gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 04 İyun 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















