Icma.az
close
up
RU
Ermənistanın keçmiş prezidenti həbs oluna bilər

Ermənistanın keçmiş prezidenti həbs oluna bilər

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın xarici ölkə vətəndaşı olması ilə bağlı ibtidai istintaq davam edir. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan İstintaq Komitəsindən “Sputnik Armenia”-ya verilən məlumatda belə deyilir.

Komitə istintaqın təfərrüatlarını açıqlamayıb. Bu yaxınlarda işin Milli Təhlükəsizlik Xidmətindən İstintaq Komitəsinə göndərildiyi məlum olub. 

Xatırladaq ki, Armen Sarkisyan 2018-2022-ci illərdə Ermənistan prezidenti olub. 2022-ci ilin yanvarında o, ölkədəki siyasi proseslərə təsir etmək üçün kifayət qədər səlahiyyətə malik olmadığını deyərək istefa verib.

Onun istefası elan edildikdən bir gün sonra “Hetq.am” portalı ən azı seçilməzdən əvvəl Armen Sarkisyanın Karib hövzəsinin kiçik ştatı olan Sent-Kits və Nevis vətəndaşlığına malik olduğunu bildirib.

Nəşrin məlumatına görə, o, bunu 500 min dollarlıq sərmayə müqabilində alıb. Ermənistan Konstitusiyasına görə, xarici vətəndaşlığın olması insanı prezident seçilmək hüququndan məhrum edir.

Qeyd edək ki, prezidentliyi dövründə A.Sarkisyanın Britaniya vətəndaşı olduğuna dair iddialar səslənirdi.

Lakin o, bununla bağlı açıqlamasında Britaniya vətəndaşlığından 2013-cü ildə imtina etdiyini demişdi.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri