Icma.az
close
up
RU
Ermənistanın nümayəndə heyətinə Bolqarıstanda alçaldıcı rəftar edildi

Ermənistanın nümayəndə heyətinə Bolqarıstanda alçaldıcı rəftar edildi

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Sofiyanın Vasil Levski hava limanında diplomatik qalmaqal yaranıb.

"Unikal" xəbər verir ki, Ermənistanın Ani şəhərinin meri Arman Sarıbekyanın rəhbərlik etdiyi nümayəndə heyəti alçaldıcı təhlükəsizlik yoxlamasına məruz qalıb: məlumatlara görə, qonaqlar lüt soyunmağa məcbur edilib, sorğu-sual edilib və bir neçə saat inzibati binalarda saxlanılıb.

Hadisə oktyabrın 1-də baş verib. Ermənistan nümayəndə heyəti Bolqarıstana Novi Pazar meri Georgi Georgiyevin dəvəti ilə gediblər. Georgiyevin sözlərinə görə, rəsmi şəxslər və onu müşayiət edən heyət bütün lazımi sənədlərə, Bolqarıstanın İrəvandakı səfirliyi tərəfindən verilmiş Şengen vizalarına malik olub. Buna baxmayaraq, onlar gecə saat 2:20 radələrində gələrkən sərhəd polisi tərəfindən saxlanılıblar.

"Qonaqlarımızı ayrıca otağa aparıblar, orada lüt soyunmağa məcbur ediliblər və hərtərəfli axtarış aparılıb. Şəxsi əşyalar açılıb, hətta hədiyyə olaraq gətirdikləri rəsmin çərçivəsi də zədələnib. Bütün bunlar onların kim olduqları, nə üçün gəldikləri barədə təhqiredici suallarla müşayiət olundu”, - Georgiyev bildirib.

Onun sözlərinə görə, polis nümayəndə heyətinin sərhədi qanunsuz keçməyə cəhd etməkdə və Avstriyaya getmək niyyətində olduğundan şübhələndiklərini bildirib. Söhbət yalnız bolqar və ingilis dillərində aparılıb; rus dilində ünsiyyət qurmaq cəhdlərinə məhəl qoyulmayıb.

Nümayəndə heyəti cəmi iki saat yarım sonra buraxılıb, lakin onlara oktyabrın 4-də hava limanına qayıtmaq və Bolqarıstanı tərk etmək əmri verilib. Əks halda ölkəyə giriş qadağası ilə üzləşəcəkləri deyilib. 

Ermənistanın Sofiyadakı səfiri Tsovinar Hambardzumyan Bolqarıstanın xarici işlər naziri Georgi Georgiyevə rəsmi etiraz notası göndərərək, “dost ölkənin rəsmi nümayəndə heyətinə qarşı qəbuledilməz və alçaldıcı rəftardan” qəzəbləndiyini bildirib.

Hadisəyə baxmayaraq, Ermənistandan gələn qonaqlar hələ də Novi Pazarda keçirilən bayram tədbirlərində iştirak edə biliblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Oktyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri