Icma.az
close
up
RU
Ermənistanın şimal və cənubunu Naxçıvan vasitəsilə birləşdirəcəyik Mirzoyan

Ermənistanın şimal və cənubunu Naxçıvan vasitəsilə birləşdirəcəyik Mirzoyan

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Avqustun 8-də Ermənistanın baş naziri və Azərbaycan prezidenti Bəyannaməni imzaladılar və həmin Bəyannaməni ABŞ prezidenti Donald Tramp da şahid qismində imzaladı. Həmin Bəyannamədə liderlər bir sıra çox vacib məsələlərdə razılığa gəldilər".

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. 

XİN rəhbərinin sözlərinə görə, bu, özlüyündə çox ciddi bir mərhələ idi: "Bundan əlavə, bu Bəyannamədə liderlər kommunikasiyalar məsələsinin tənzimlənməli olduğu fundamental prinsiplər barədə razılığa gəliblər. Mən Ermənistanla Azərbaycan arasında nəqliyyat infrastrukturunun blokdan çıxarılmasını və yenidən açılmasını, tranzit əlaqələrinin bərpasını nəzərdə tuturam. Və bu prinsiplər bunlardır: ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, ölkələrin suverenliyinin tanınması, habelə bərpa ediləcək keçidlər və infrastruktur üzərində milli yurisdiksiyanın tanınması".

O, müxbirin "Tramp yolu" ilə balı sualını belə cavablandırıb: "İdeya bundan daha genişdir. Ermənistan və Azərbaycan bir-birləri arasında nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq barədə razılığa gəliblər və burada söhbət bütün infrastrukturdan gedir. Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış əldə edir.

Biz bir-birimizin infrastrukturundan normal qonşular kimi istifadə edə bilərik. Həmin infrastrukturun Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa əlaqə olan hissəsi TRIPP, yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”dur.

TRIPP nədir? Ermənistan və ABŞ dəmir yolu keçidinin inşaatçısı və əsas operatoru olacaq konsorsium, şirkət yaratmağı planlaşdırır. Bu konsorsium öz növbəsində bu və ya digər işləri yerinə yetirmək və ya bütün keçid üçün bu və ya digər xidməti göstərmək üçün üçüncü şirkət və ya şirkətləri cəlb edə bilər. Bundan əlavə, konsorsium həmçinin boru kəmərləri, elektrik xətləri və s. həyata keçirə, tikə və sonra istismar edə bilər.

Beləliklə, bütün razılaşmalar qarşılıqlı olacaq. Məsələn, biz də Naxçıvan Muxtar Respublikasının ərazisindən istifadə edərək Ermənistanın şimalı ilə cənubunu dəmir yolu ilə birləşdirməyə hazırlaşırıq. Hazırda belə bir dəmir yolu əlaqəsi yoxdur".

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri