Icma.az
close
up
RU
Ermənistanın sülhə hazır olmadığını açıq şəkildə müşahidə edirik

Ermənistanın sülhə hazır olmadığını açıq şəkildə müşahidə edirik

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Siyasi şərhçi: "Bu cür təxribatların davam etməsi Ermənistan tərəfinə baha başa gələ bilər"

Ermənistan təxribatlarından çəkinmir, yenə öz məkirli siyasətinə davam edir. Tarixə nəzər salsaq, Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı çoxsaylı halların baş verdiyini görərik. Bu cür təxribatlar 1990-cı illərdən başlayaraq müxtəlif dövrlərdə müşahidə olunub. Ermənistan tərəfi dəfələrlə beynəlxalq hüquq normalarını pozub.

Son hadisələr, martın 18-dən 19-na keçən gecə Basarkeçər rayonunun Zod və Yuxarı Şorca istiqamətlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulması Ermənistanın bu siyasətinin davam etdiyini göstərir.  Bu təxribatlar bölgədə sabitliyin təmin olunmasına mane olur və sülh prosesinə ciddi zərbə vurur. 

Azərbaycan tərəfi  isə hər zaman olduğu kimi sülh və sabitlik tərəfdarı olaraq beynəlxalq hüquq normalarına uyğun hərəkət edir.  Ermənistanın bu təxribatçı siyasətinə baxmayaraq, Azərbaycan  bölgədə sabitliyi təmin etmək üçün ardıcıl səylər göstərir. 

AYNA.AZ mövzu ilə bağlı "Cross Media" Təhlil Mərkəzinin analitiki, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlüyə müraciət edib.

Siyasi şərhçi ilk olaraq bildirib ki, Ermənistan bir tərəfdən sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə atəşkəsi pozur: “Hesab edirəm ki, Ermənistan və onun rəhbərliyi növbəti dəfə saxtakarlıqla məşğuldur. "Sülh sazişi imzalamağa hazırıq" bəyanatı ilə Ermənistanın baş naziri Nikol Paşinyan həm yerli, həm də beynəlxalq ictimaiyyəti aldatmağa və manipulyasiya etməyə çalışır. Bununla yanaşı, Azərbaycanın əleyhinə mənfi rəy formalaşdırmağa cəhd edir. Biz əməldə Ermənistanın sülhə hazır olmadığını açıq şəkildə müşahidə edirik”.

O bildirib ki, atəşkəs artıq dəfələrlə pozulub.

“Nikol Paşinyan və erməni ordusu təkcə Azərbaycanın qəhrəman əsgərlərinə deyil, eyni zamanda sülhə, sülh sazişinə, sabitliyə və hazırda aparılan danışıqların mövcud mərhələsinə də "atəş açır". Bu mənada, fikrimcə, Nikol Paşinyanın "sülh sazişi imzalamağa hazıram" bəyanatı səmimi deyil. Biz Ermənistandan əməli addımlar gözləyirik və onu bu təxribatlardan çəkinməyə çağırırıq.

Hesab edirəm ki, bu cür təxribatların davam etməsi Ermənistan tərəfinə baha başa gələ bilər və ümumilikdə, onlar üçün müsbət nəticələr yaratmayacaq. Nikol Paşinyanı bu addımlardan çəkinməyə çağırıram. Düşünürəm ki, Ermənistan və onun ordusu bu məsələlərdə daha diqqətli, məsuliyyətli davranmalı, real sülhün əldə olunması üçün səmimi və konkret addımlar atmalıdır”, - deyən M.Göyüşlü fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Mart 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri