Icma.az
close
up
RU
Ermənistanın Vaşinqton öhdəlikləri Ağrı dağından imtina ilk addımdır

Ermənistanın Vaşinqton öhdəlikləri Ağrı dağından imtina ilk addımdır

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağrı dağının (ermənicə-Ararat) təsviri Ermənistan Respublikasına giriş və çıxış üçün vurulan sərhəd nişanından götürüləcək. Hökumətin qərarı ilə noyabrın 1-dən etibarən Ermənistanın sərhəd ştampında Ağrı dağı təsvir olunmayacaq.

"Biz Ermənistan Respublikasına qarşı yanlış şərhlərin qarşısını almaq üçün bütün addımları atırıq. Simvollar, möhürlər və digər rəsmi elementlər yalnız dövlətçilik prinsipinə əsaslanmalıdır. Qonşu ölkələrlə münasibətlərimizdə Almatı Bəyannaməsinə əsaslanırıq və bu səbəbdən, istənilən rəsmi addım (möhür forması, bəyanat və s.) yanlış və təhlükəli mesajlar verməməlidir",-deyə hakim "Vətəndaş müqaviləsi" partiyasının katibi Artur Hovanisyan deyib.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Ermənistana giriş-çıxış ştampında Ağrı dağı simvolunun götürülməsi vacib hadisə hesab olunur:

“Ən azından bu, Ermənistanda qonşu dövlətlərə qarşı olan ərazi iddiası ilə bağlı müəyyən praqmatik düşüncənin sərgiləndiyini göstərir. Dünənə qədər hadisə ümumilli məsələ daşıyırdı. Lakin indi Azəraycanın yaratdığı reallıqlar, masa üzərində ciddi şərtlər var. Bu şərtlər Ermənistan tərəfindən mütləq yerinə yetirilməlidir ki, sülh müqaviləsi bağlansın. Sülh istəyən dövlət qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməli və yalnız özünün xarici siyasət kursunda yox, daxili siyasətində də buununla bağlı vacib addımlar atmalıdır. Dünənə qədər Paşinyan və digərlərinin buna dəlalət edəcək hanısa çıxışlarına rast gəlirdiksə, ştampdan simvolun çıxarılması sözdən əməli addıma keçildiyini göstərir. Siyasi şüurda bu transformasiya şübhəsiz ki, Azərbaycanın təsiri və təzyiq sayəsində baş verməkdədir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə dövlət suverenliyinin tam bərpa olunması əməliyyatı ilə torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın gələcək prespektivə hesablanmış yol xəritəsini də müəyyənləşdirmiş oldu. Azərbaycan bu gün sabitlik adasıdır. Amma Azərbaycan “sabitlik adası” məfhumunu eyni zamanda bütün Cənbui Qafqaz bölgəsinə sirayət etməsində maraqlıdır. Ölkəmiz dünyanın Cənubi Qafqazı sabitlik adası kimi qəbul etməsində maraqlıdır. Burada Ermənistanın qonşulara olan münasibəti hansısa qərəz, keçmişə baxış, uydurulumuş soyqırımı və sair məfhumlar, əsatirlər üzrə formalaşmamalıdır. Gələcəyə hesablanmış inkişaf strategiyasının əsas qayəsini məhz qonşularla mehribanlıq, əməkdaşlıq, dialoq, layihələrdə birgə iştirak və digər elementlər təşkil etməlidir. Bunun üçün siyasi şüurda dəyişikliklərin baş verməsi mütləqdir. Məhz buna görə Ermənistan cəmiyyəti baş verən proseslərə müsbət münasibət bildirməlidir. Ştampdan Ağrı dağı təsvirinin çıxarılması bu günün özündə belə  Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Ermənistanda qonşulara qarşı münasibətdə hər zaman ərazi iddiasında olan, bunun üçün də hökumətə təzyiq və təsirlər göstərən qüvvələr var. Onlar çalışır ki, hökumət bu kursdan kənara çıxmasın. Amma hökumət çox gözəl başa düşür ki, sülh istəyirsə, əvvəla qonşularla mehribanlıq şəraitində yaşamaq lazımdır. Ən azı qonşulara düşmən kimi baxılmamalı, onlarla əməkdaşlıq qurulmalıdır. Bunun üçün hər hansı ərazi iddiası və ya bənzər elementlər varsa, onlardan birmənalı şəkildə imtina edilməlidir. Bu səbəbdən gözləniləndir ki, Ermənistan artıq bu tip məsələlərdə xalqı uzaq tutmağı bacaracaq. Tək Azərbyacana yox, Türkiyəyə də ərazi iddiası varsa, təbii ki, bu, Ermənistanın bütün mümkün yollarının bağlanması deməkdir. Ermənistan ərazi iddiasında olduğu halda, sülh sazişinin tərəfdarı kimi çıxış etməsi necə mümkün ola bilər?!”

Deputat vurğulayıb ki, Ermənistan ərazi iddiasında deyilsə, bunun üçün konstitusiya dəyişilməlidir:

“Gerbdən də Ağrı dağının təsviri çıxarılmalıdır. Ermənistanın o qədər simvolları var ki, onlardan istifadə etsin. Qonşu dövlətin ərazisində olan yerlərdən simvol kimi istifadə edilməsi ərazi iddiası deməkdir. Gözləniləndir ki, Ermənistan bunlardan əl çəkəcək. Amma bu da heç rahatlıqla olmayacaq. Çünki müəyyən qüvvələr dövləti bu kursdan yayındırmağa çalışırlar. Həmin qüvvələr xaricdən də çox fəal dəstəklənirlər, onlar Cənubi Qafqazda sabitlikdə maraqlı deyil. Ermənistan üzərindən prosesə təsir etməyə çalışırlar. İstənilən halda Azərbaycan Cənubi Qafqaz regionunda sabitlik adası yaratmaq niyyətində çıxış edir, qarşılıqlı əməkdaşlıq, fayda gətirə biləcək fəaliyyətlər, elementlər üzrə köklənir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı, Asiya ilə Avropanı, qardaş Türkiyə ilə ölkəmizi birləşdirən Zəngəzur dəhlizi layihəsi bu baxımdan çox əhəmiyyətlidir.  Bizim irəli sürdüyümüz layihələr eyni zamanda Ermənistanın da maraqlarına cavab verir. Ermənistan praqmatiq düşünərək bu prosesə müsbət təsir edəcək addımlar atmaq istəyirsə, nifrət, qəzəb, düşmən obrazını yaratma, ərazi iddiası, işğala üz tutma, daha böyük xülyalarla xarici siyasət kursunu qurmaqdan və kənardan özü üçün havadarlar tapmaq kimi məsələlərdən əl çəkməlidir. Əks təqdirdə, bu ölkə düşdüyü siyasi dalandan çıxa bilməyəcək. Bu niyyətdən əl çəkmək, hazırda Ermənistan üçün inkişaf, onun respublika kimi beynəlxalq münasibətlər sistemində yer tutmasına gətirib çıxaran haldır. Bunun üçün də təbii ki, ölkə daxilində hökumət-cəmiyyət münasibətləri kontekstində yekdillik olmalı və sülhə xidmət edə biləcək hərəkət və addımların hökumət və xalq tərəfindən birgə atılması vacibdir. Türkiyə və Azərbaycan kimi qonşuları görməlidir ki, Ermənistan daha işğalçılıq, ərazi iddiaları kimi mövqe artıq qəbuledilməzdir və bu ölkə mehriban qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirərək, həm cəmiyyət daxilində etimad quruculuğu ilə bağlı məsələlərdə zəruri işlər həyata keçirir, həm də xarici siyasət kursunda əlverişli mühitin yaradılması istiqamətində addımlar atmaq niyyətindədir. Vaşinqtonda paraflanmış 17 bəndlik sülh sənədi var. Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Gözlənilir ki, Ermənistan bu öhdəliklərə uyğun zəruri addımlar atacaq. Ştampdan Ağrı dağı təsvirinin çıxarılması birinci addım kimi dəyərləndirilə bilər ki, bu da yeni mərhələnin başlanğıcıdır”.  

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see313

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see202

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see193

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see156

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see130

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see128

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see124

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri