Ermənistanın xəritəsində nə olacaq, bu çox maraqlıdır Əziz Əlibəyli
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Əməkdaşımız Əfqan Vəliyevin nəşr etdiyi neçənci kitabdır ki, Qərbi Azərbaycana qayıdışla bağlı elmi əsaslarla, abidələrlə, faktlarla bunu əsaslandırır və orada bizim varlığımızın isbatını böyük kitablar şəklində ərsəyə gətirməkdədir".
Redaktor.az xəbər verir ki, bunu "Tarixi Yurda Qayıdış" konfransında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli səsləndirib.
"Bir gün əgər həqiqətən "Google Maps" özünün tarixi formasını xatırlamış olsa, Ermənistanın xəritəsində nə olacaq, bu çox maraqlıdır. Ən vacib bir nüansı da unutmaq lazım deyil. Bu günlərdə cənab prezident Qarabağa səfərində Ağdərənin baş planını təsdiqi ilə bağlı məsələləri nəzərdən keçirdi. Elə qoy şüarımız da bu olsun ki, cənab prezident nəinki Ağdərəni, azad olunmuş torpaqları baş planları ilə taclandırır, eyni zamanda cənab prezident İrəvanın baş planını özünün siyasi məqsədlərində işləyir. Bu tarixi yanaşmanı, tarixi cəhdi heç bir halda hansısa gözdən salma kampaniyası ilə və ya ərazi iddiaları ilə Azərbaycan amili ilə Ermənistanda çoxdan yaradılmış ideoloji fobiyalarla, qorxularla nominallaşdırmaq mümkün deyil. Bu bir tarixin ən əsası sifarişidir, eyni zamanda isə zərurətidir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















