Icma.az
close
up
RU
Ermənistanla Azərbaycanın delimitasiya qrupları yaradılır

Ermənistanla Azərbaycanın delimitasiya qrupları yaradılır

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan mətbuatı bu ilin 29 aprelində Baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə Ağverəndə keçirilmiş delimitasiya komissiyalarının 13-cü iclasında razılaşdırılmış məsələlər barədə bəzi təfərrüatları dərc edib.
Modern.az-ın məlumatına görə, qeyd edilib ki, 29 aprel görüşündə Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları delimitasiya işlərinin həyata keçirilməsi qaydalarına dair üç təlimat layihəsinin mətnini razılaşdırıb.
Tərəflər bu qaydaları təsdiq üçün öz hökumətlərinə təqdim etmək barədə razılığa gəliblər. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan hökumətləri onları müvafiq qərarlar vasitəsilə təsdiqləməlidirlər.

Ermənistan Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış üç qaydanı təsdiq edən hökumət qərarının layihəsi 15-31 may tarixlərində hüquqi aktları dərc edən rəsmi saytda ictimai müzakirəyə çıxarılıb.

Razılaşdırılmış qaydalara əsasən, tərəflərin ekspert delimitasiya qrupları yaradılacaq. Həmin ekspert qrupları delimitasiya komissiyalarına hesabat verəcəklər.

“Ekspertlər bütün müvafiq kartoqrafik sənədlərlə yanaşı, tənzimləyici və digər hüquqi qüvvəyə malik sənədlərlə də işləyəcəklər. Bu, xəritələrin və hüquqi qüvvəyə malik sənədlərin istifadəsinə heç bir məhdudiyyət qoyulmadığını göstərir”, - Ermənistan KİV-i yazıb.

Ekspert qrupları bütün kartoqrafik və hüquqi sənədlərlə işləyəcək, həmçinin uzaqdan zondlama (peyk çəkilişləri) və ya dron çəkilişlərini emal edəcəklər.
Delimitasiya dövründə vahid geodeziya bazası (dövlət sirri təşkil edən məlumatları ehtiva etməyən) yaradılmalı, bütün sərhədin çəkilişi, sərhəd xəttinin razılaşdırılması, razılaşdırılmış sərhəd xəttini əks etdirən delimitasiya xəritəsinin layihəsinin hazırlanması, dövlət sərhədinin təsviri və s. daxil olmaqla topoqrafik və geodeziya işləri başa çatdırılmalıdır.

Delimitasiya xəritəsində razılaşdırılmış sərhəd xətti bütöv qırmızı xətt kimi göstəriləcək. Xəritə sərhədin bütün uzunluğunu və hər tərəfində 3 kilometr enində ərazi zolağını əhatə etməlidir. Bütün xəritə vərəqləri albom formatında təqdim olunacaq. Vərəqlərin nömrələnməsi Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsindən başlayaraq qərbdən şərqə doğru hərəkət edəcək.
Xatırladaq ki, tərəflər arasında il delimitasiya işləri 2024-cü ilin yazında başlayıb.

İndiyədək delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Hazırda Azərbaycanın işğalda 4 kəndi qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. Onlar hər tərəfdən Ermənistan ərazisilə əhatələniblər.
Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub. Naxçıvanın Kərki kəndi isə 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir.  
Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri