Icma.az
close
up
RU
Ermənistanla İranın mövqeləri Azərbaycana qarşı birləşir AÇIQLAMA

Ermənistanla İranın mövqeləri Azərbaycana qarşı birləşir AÇIQLAMA

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan və İranın Azərbaycana qarşı mövqeləri birləşir”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Əli Oruclu İranla Ermənistanın birgə keçirdiyi hərbi təlimlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər iki dövlət Azərbaycanın güclənməsini, bölgədə söz sahibi olmasını istəmir:

"Azərbaycanın güclənməsinin qarşısını almaq istəyən Ermənistan və İran eyni maraqlardan çıxış edirlər. İran təkbaşına Azərbaycanla sərhədlərdə güc nümayişi həyata keçirdi. 44 günlük müharibədən sonra ermənilərdən daha çox Tehran narahat olmağa başladı və sərhədlərimizə təlimlərə başladılar”.

Müsahibimiz vurğulayıb ki, İranın Ermənistanla birgə təşkil etdiyi təlimlər də Azərbaycana güc göstəricisidir. Erməni politoloqun diliylə ifadə etsək, çəkindirici məqsəd daşıyır. Azərbaycanı qorxutmaq, müəyyən məsələlərin həllində təzyiq göstərmək istəyirlər. Ancaq məsələnin mahiyyəti təkcə bundan ibarət deyil:

“Azərbaycan dəfələrlə bildirib ki, İranla normal münasibətlərin qurulmasında maraqlıdır. Bunun müqabilində Tehran hökumətindən eyni münasibəti görməmişik. Ermənistan hökumət Zəngəzur dəhlizininin açılmasını məhz İranın dəstəyini alaraq ləngidir".

Əli Oruclu: ABŞ və İsrailin İrana hücum təhlükəsinin olduğu zamanda İranın bu addımı riskli və məntiqsizdir

Analitik hesab edir ki, İran Ermənistanla birgə təlimlər keçirməklə öz "ciddiyətini" göstərməyə çalışır:

"İran mütəmadi bəyan edir ki, Ermənistanın sərhədlərinin dəyişməsinin əleyhinədir. Əvvəla, İranın indiki məqamda hansı sərhədlərin dəyişməsindən danışması da müəmmalıdır. Digər yandan burada heç bir sərhəd dəyişikliyindən söhbət getmir. Məsələ kommunikasiya xətlərinin açılmasıdır. Zəngəzur dəhlizinin işə düşməsinin sərhəd dəyişməsi ilə əlaqəsi yoxdur. İranın Cənubi Qafqazda maraqlı bəllidir. Amma bunun indiki mərhələdə reallaşacağı ehtimalı azdır. Birincisi, Azərbaycan və Türkiyə müttəfiqliyi çox yüksək səviyyədədir. İkincisi, ABŞ və İsrailin İrana hücum təhlükəsinin gündəmdə olduğu zamanda İranın bu cür addımları riskli və məntiqsizdir".

Qeyd edək ki, İran Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirilib. Hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak ediblər.

Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu təlimlər şərti “terrorçu hücumlarının” qarşısının alınması senarisi üzərində qurulub.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini Vəliulla Mani deyib ki, Norduz bölgəsində keçirilən təlimlər "sülh" xarakteri daşıyır. Onun sözlərinə görə, təlimlərin həyata keçirilməsi üçün lazım olan tədbirlər əvvəlcədən nəzərdə tutulub. İranın Ermənistanla birgə sərhəddə təlimlərə başlamasını SEPAH rəsmiləri “sülh məqsədli” adlandırsa da, Ermənistanda belə düşünmürlər.

Erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov isə bu təlimlərin Azərbaycana qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, təlimlər “müəyyən çəkindirici rol” oynayacaq. Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri Pouya Hüseyni bildirib ki, Ermənistan və İran silah təchizatı, kəşfiyyat məlumatlarının mübadiləsi və digər təhlükəsizlik aspektləri sahəsində əməkdaşlıq qura bilər. O bildirib ki, İran Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır: “Belə əməkdaşlığa mane olan üçüncü tərəflər bizim əlaqələrimizə qarışmamalıdır”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri