Icma.az
close
up
RU
Ermənistanla sərhəd bu zaman açılacaq DETALLAR BƏLLİ OLDU

Ermənistanla sərhəd bu zaman açılacaq DETALLAR BƏLLİ OLDU

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsinin başa çatması ilə Türkiyə–Ermənistan diplomatik təmasları yenidən gündəmə gələndə, iş dünyası sərhədlərin qısa zamanda açılacağına ciddi ümid bəsləyirdi. Lakin proses dövlətlərin siyasi-strateji hesablamaları səbəbindən uzandıqca biznes dairələrindəki ilk nikbinlik də ehtiyatlı gözləntilərlə əvəz olundu.

Diplomatik proses irəlilədikcə ən çox ümidlənən tərəflərdən biri biznes sektoru olub.

Türk–Erməni İş Adamları Şurasından Noyan Soyak “Yeni Sabah”a açıqlamasında sərhədlərin açılmasının ilk növbədə ticarət axınını optimallaşdıracağını inanır.

“Açılan sərhəd qapılarından ediləcək birbaşa ticarət 30 il boyunca onsuz da Gürcüstan üzərindən edilən dolaylı ticarət xərclərini azaldacaq”, deyə Noyan Soyak bildirir.

O, ümid edir ki, Ermənistan istehsalı olan məhsullar da Türkiyə bazarlarında yerini almağa başlayacaq. “Sərhəd bölgələrində, xüsusən gəlir səviyyəsi aşağı olan şəhərlərin iqtisadiyyatında ciddi canlanma yarana bilər.

“Sərhəd açıldıqdan sonra ticarət portfeli yenə də hazırkı istiqamətlər üzrə qalacaq, lakin həcmi artacaq”, deyə N.Soyak ümidlənir.

Noyan Soyakın sözlərinə görə, hazırda Türkiyədən Ermənistana Gürcüstan üzərindən ixrac olunan malların əsasını inşaat materialları, məişət avadanlıqları, gündəlik istehlak malları, tekstil və qida məhsulları, eləcə də təmizlik, səhiyyə qida sektoruna aid beynəlxalq brend markaların Türkiyədə istehsal olunan bütün məhsullarını əhatə edir. Ermənistandan Türkiyəyə isə xüsusilə sərhədə yaxın bölgələr üçün qida və yüngül istehlak mallarının ixracını gözləyirik”.

Türk-Erməni İş Adamları Şurasının təmsilçisi deyir ki, siyasi və diplomatik danışıqlarım müsbət istiqamətdə inkişafı hər iki ölkənin biznes dairələrində hərəkətlilik yaradıb. Sərhədlərin açılması ilə ticarət maliyyətlərinin düşməsi gözlənildiyi üçün iş adamları indidən yeni sövdələşmələr etməyə çalışırlar. Noyan Soyak deyir ki, iki ölkənin iş adamları birlikdə digər qonşu və regional ölkələrin bazarlarına birgə çıxış üçün də ortaq işlərə başlayıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) parlament üzvü Şamil Ayrımın “Yeni Sabah”a bildirdiyinə görə, Türkiyənin sərhədlərin açılması ilə bağlı şərtləri dəyişməzdir. Bu məsələdə şərt yalnız Azərbaycanla anlaşmaq deyil, həm də Ermənistanın öz konstitusiyasından Türkiyəyə ərazi iddiasını əks etdirən müddəanın çıxarılmasıdır.

“Konstitusiya dəyişikliyin nə zaman olacağı bəlli deyil. Çünki Ermənistanda 2026-cı ildə parlament seçkiləri olacaq. Dəyişiklik də ancaq bu seçimlərdən sonra gündəmə gələ bilər. Bu isə o deməkdir ki, sərhədlərin açılması 2026-cı ildən öncə real görünmür”, AKP təmsilçisi deyir.

Şamil Ayrımın sözlərinə görə, Türkiyə də, Azərbaycan da, Ertmənistan da fiziki olaraq açılışa hazırdır. Lakin sərhədlərin açılması yalnız konstitusiyada dəyişiklik edildikdən sonra gündəmə gətirilə bilər.

Bununla belə, AKP təmsilçisi tərəflərin qarşılıqlı olaraq bir sıra müsbət addımlar atmasını proseslərin gedişində müsbət rol oynadığını vurğulayıb. “Azərbaycanın Ermənistana hava sərhədini açması, dəmir yolu ilə Ermənistana yük keçişinə icazə verməsi, Ermənistanın pasport möhürlərindən Ağrı dağı simvolunu götürməsi, Ermənistan prezidentinin soyqırım sənədlərinin müzakirələrə açılmasına icazə verməsi kimi qarşılıqlı yumşalmalar önəmli inkişafı göstərir. Beynəlxalq əlaqələrdə ömür boyu düşmənçilik olmaz. Azərbaycan, Türkiyə və Ermənistan sərhəd qonşularıdır”, Şamil Ayrım əlavə edib.

Türkiyə parlamentarisinin sözlərinə görə, Azərbaycanla münaqişəyə girməklə nəhəng layihələrdən uzaq qalan Ermənistan, yeni mərhələdə regional layihələrə qatıla biləcək.

“Ermənistanla Azərbaycan arasında normal dialoq olsaydı, Bakı-Tblisi-Qars dəmiryolu və neft kəmərləri Ermənistan üzərindən keçəcəkdi. Çünki qısa yol o idi. Ticarət canlandığı zaman Ermənistan da həm dəmir yolları, həm boru xətlərinin ərazisindən keçəcəyinə görə qazanacaqdı. Davamlı sülh olduğu zaman bölgənin 6 dövlətinin - Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Rusiya və Ermənistanın mənfəəti, rifahı və hüzuru üçün bunlar yenidən gündəmə gətirilə, nəhəng layihələr danışıla bilər”, deyir Şamil Ayrım.

Türkiyənin Ermənistanla əsas sərhədi olan Alican buraxılış-keçid məntəqəsi İğdır ərazisindədir. Bu səbəbdən yerli əhali Ermənistanla təmaslara aid xəbərləri həyəcanla izləyir və prosesin müsbət tamamlanması ilə sosial rifahının yüksələcəyinə inanır.

İğdır Ticarət Palatasının sədri Kamil Arslan “Yeni Sabah”a deyir ki, əsas prioritet bölgədəki siyasi ixtilafların aradan qaldırılmasıdır. Onun sözlərinə görə, siyasi qərar verildikdən sonra ticarətdə milliyyət anlayışı qalmır və bölgənin mədəni, sosial və iqtisadi baxımdan inkişafına töhfə verəcək hər bir addım dəstəklənir:

“Təbii ki, biz mədəni-sosial-iqtisadi anlamda bölgəyə müsbət təsiri olacağına görə biz qapının açılmasını istəyərik. Bütün dünya qloballaşır. Avropa bütün sərhərlərini qaldırdı. Soyqırım iddiaları bir əsrdən artıq davam edib. Biz bunları artıq uşaqlarımıza, nəvələrimizə anlatmaq istəmirik, bitirmək istəyitik. Amma dediyim kmi, yeganə şərtimiz Azərbaycanla Ermənistan arasında ixtilafın bitməsi və bunun ardınca Türkiyə ilə Ermənistan arasında yaxşı münasibətlərin qurulmasıdır. Bölgə insanı mədəni-siyasi-iqtisadi faydası ola biləcək açılıma yox deməz”, deyə yerli sahibkarların təmsilçisi Kamil Arslan bildirib.

“İnşaat, qida paylayıcı şəbəkələri və digər bir çox sektorda əlaqələrin qurulmasına dair gözləntilər var. Sərhəd açıldıqdan sonra bu istiqamətdə geniş görüşlər keçiriləcək”.

İğdır Azərbaycan Evinin rəhbəri Serdar Ünsal cəmiyyətin mövqeyini izah edir.

İğdırda Azərbaycan kökənli əhalinin sayı əhəmiyyətli dərəcədə çox olduğu üçün sərhədlərin açılmasına münasibət daha həssasdır.

Serdar Ünsal deyir ki, İğdırda sərhədlərin açılmasına münasibət dəyişib

“İllər əvvəl İğdır əhalisi Ermənistanla sərhədin açılmasına qarşı idi. Səbəb isə Qarabağın Azərbaycan torpağı olaraq işğal altında qalması idi. Bu gün Qarabağ işğaldan azad edilib və torpaqlar Azərbaycana qayıdıb. Buna görə də İğdırda bir qisim insanlar sərhədin dərhal açılmasını dəstəkləyir. Bir qrup isə deyir ki, sərhəd yalnız Azərbaycan dövləti razılıq verəcəyi təqdirdə açılmalıdır. Türkiyə Azərbaycanla məsləhətləşmədən qapını açmamalıdır,” – Ünsal bildirib.

İlhamə Qasımlı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri