Icma.az
close
up
RU
Ermənistanla sərhədə yeni yol ÇƏKİLİR

Ermənistanla sərhədə yeni yol ÇƏKİLİR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində artıq 312 km uzunluğa malik 7 layihənin tikintisi başa çatdırılıb. Bu Zəfər yolu, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Füzuli-Hadrut, Bərdə-Ağdam və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarıdır.

Tədbirlər Planına uyğun olaraq ümumi uzunluğu 1885 km olan qalan 14 layihənin icrasının ayrılan vəsaitdən asılı olaraq 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Agentlikdən bildirilib ki, bu Ağdam-Füzuli, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Toğana-Kəlbəcər-İstisu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolları, İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpülərinin layihələndirilməsi və tikintisi işləri, Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolları, Kəlbəcər, Laçın və Daşkəsən rayonları ərazisində müxtəlif təyinatlı strateji əhəmiyyətli yol infrastrukturunun tikintisi, Ağdam şəhərinin daxili yollarının bərpası, Qubadlı-Eyvazlı, Hadrut-Tuğ-Azıx, Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarıdır.

Qeyd edilib ki, ümumi uzunluğu  39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun isə 24,2 km hissəsinin açılış mərasimi keçirilib.   

Böyük Qayıdışa dair I Dövlət Proqramından əlavə 2023-cü ildə cənab Prezidentin Sərəncamları ilə daha 3 layihənin icrası Agentliyə tapşırılıb. Bu ümumi uzunluqları 166.6 km olan Laçın şəhərinin daxili yollarının tikintisi, Xudafərin-Qubadlı-Laçın  avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın  avtomobil yolunun tikintisi və Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiridir.

Bundan əlavə məlumatda əks olunub ki, müzəffər ordumuz tərəfindən 2023-cü ildə aparılan bir günlük uğurlu antiterror əməliyyatından sonra cənab Prezidentin Sərəncamları ilə Agentlik tərəfindən tamamilə azad edilmiş ərazilərdə daha 7 avtomobil yolunun yenidən qurulması və tikintisi işlərinə başlanıldı və hazırda da davam etdirilir. Bu ümumi uzunluqları 501 km olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər, Ağdərə-Ağdam, Əsgəran, Tərtər-Ağdərə, Xankəndi-Şuşa-Laçın və Əsgəran-Xocalı-Xankəndi avtomobil yolları,  həmçinin Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı strateji əhəmiyyətli avtomobil yollarıdır.

Köç qrafikinə uyğun olaraq Şuşa, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Füzuli və Xankəndi şəhərləri olmaqla 7 şəhər daxili avtomobil yollarının, həmçinin 24 kəndə aparan avtomobil yollarının və İsa Bulağı istirahət kompleksinə gedən yolun tikintisi də Agentlik tərəfindən aparılır.

“Ümumilikdə Agentliyimiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlara uyğun olaraq ümumi uzunluğu 3720,5 km təşkil edən 64 adda avtomobil yollarının tikintisi və 1 hava limanı tikintisi layihəsi icra edilir.

Qeyd olunan proqram və sərəncamlara uyğun olaraq Agentlik tərəfindən indiyədək ümumi uzunluğu 1 338,4 km təşkil edən 17 avtomobil yolunun tam, 1 layihənin isə qismən tikintisi başa çatdırılıb.

Avtomobil yolları üzərində ümumi uzunluğu – 70,9 km olan, 47 tunelin, ümumi uzunluğu - 9 581,6 pm olan, 447 körpünün, 3 871 pm olan, 16 viadukun tikintisi aparılır.

Ümumi uzunluğu 66,9 km olan 37 tuneldə qazma işləri başa çatdırılmış, uzunluğu 13,6 km olan 7 tunel istifadəyə verilmişdir.

Ümumi uzunluğu 8 839,1 pm olan 392 körpünün və uzunluğu 1 965 pm olan 9 viadukun tikintisi başa çatdırılıb”,- məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see189

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see149

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see145

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see145

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see143

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see142

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see138

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see137

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see128

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see127

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see127

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see127

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see126

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see126

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see126

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see126

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see126

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see126

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see125

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri