Errmənistanda seçkiləri kimlər müşahidə edəcək? Siyahı açıqlandı
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərini ATƏT PA, AŞPA, MDB PA və Avropa Parlamenti daxil olmaqla bir sıra beynəlxalq müşahidə missiyaları izləyəcək.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Sankt-Peterburqda MDB Parlament Assambleyası Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, seçkilər MDB PA, ATƏT Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası, Frankofoniya Parlament Assambleyası və Avropa Parlamentinin müşahidəsi altında keçiriləcək.
Arşakyan bildirib ki, MDB Parlament Assambleyasının uzunmüddətli müşahidə missiyası artıq Ermənistanda fəaliyyət göstərib. O qeyd edib ki, təşkilatın əsas nümayəndə heyəti iyunun 4-8-də İrəvana səfər edəcək.
Vitse-spiker əlavə edib ki, may ayında Ermənistanda AŞPA-nın seçkiqabağı missiyası da fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 May 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















