Ərşad Salehidən Xocalı açıqlaması: Buna çalışırıq!
Icma.az, Axar.az saytına istinadən bildirir.
Xocalı soyqırımının İraq parlamentində tanınmasına çalışırıq.
Axar.az APA-ya istinadla xəbər verir ki, bunu İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi Bakıda keçirilən "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı Forumda çıxışı zamanı deyib.
"İraqla Azərbaycan arasındakı dil, mədəni əlaqələr, ortaq mirasımız - Füzulimiz var. Şeirimiz, mədəniyyətimiz həmişə bir olub. Türkmanlara qarşı ilk qətliam Birinci Dünya müharibəsindən sonra 1920-ci ildə ermənilər tərəfindən törədilib. 1975-ci ildə Səddam rejimi türkman torpağını istila edib başqa ölkələrin işğalına verməsi türkmanları millət olaraq kimliyindən ayırmaq cəhd idi. Bir İraq türkmanları olaraq, şeirimizin, mədəniyyətimizin, tariximizin gücü ilə bu torpaqlarda öz milli kimliyimizi qoruyub saxlamağa çalışmışıq. Dilimizi, tariximizi, mədəniyyətimizi əsla unutmamışıq", - iraqlı deputat deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Mart 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















