Ersin Güzel: Türk dünyasının bir birindən başqa dayağı yoxdur
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 may, AZƏRTAC
Türk dünyasının bir-birindən başqa dayağı yoxdur və türk xalqları yalnız birlik və qarşılıqlı dəstək sayəsində mövcud çağırışların öhdəsindən gələ bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya Türk Gəncləri Liqasının (WLTC) prezidenti Ersin Güzel Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, Prezident İlham Əliyevin Türk dünyasının birliyi ilə bağlı mesajları bu gün də aktuallığını qoruyur.
“Prezident İlham Əliyevin vurğuladığı kimi, ya bir-birimizə dəstək olaraq çətinliklərdən birlikdə çıxacağıq, ya da zəifləyəcəyik. Lakin Türk dünyasının məhv olmaq kimi bir niyyəti yoxdur. Biz bunu Malazgirddə, Çanaqqalada, Kiprdə və Qarabağda bütün dünyaya sübut etmişik”, – deyə Ersin Güzel bildirib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə yanaşı, təşkilata daxil olmayan türk topluluqları da daim diqqət mərkəzində saxlanılmalıdır.
Müxbir - Səbinə Əlizadə
Fotoqraf - Azər İbrahimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 16 May 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















