Icma.az
close
up
RU
Ertuğruloğlu: “Kipr problemi, Kipr Rum dövlətinin Kipr Respublikası kimi tanınmasıdır”

Ertuğruloğlu: “Kipr problemi, Kipr Rum dövlətinin Kipr Respublikası kimi tanınmasıdır”

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər naziri Tahsin Ertuğruloğlu bildirib ki, “Kipr problemi, Kipr Rum dövlətinin Kipr Respublikası kimi tanınmasıdır”.

Bizimyol.info xəbər verir ki, Nazir Ertuğruloğlu İstanbulda bu il 28-cisi təşkil olunan Avrasiya İqtisadi Zirvəsinin “Ekologiya, İqtisadiyyat, Enerji, Süni İntellekt və Sağlamlıq” mövzusunda keçirilən iclasında çıxış edib.

Nazir Ertuğruloğlu qeyd edib ki, 1960-cı ildə qurulan “Kipr Respublikası”, 1963-cü ildə Rumların türkləri silah gücü ilə dövlət qurumlarından uzaqlaşdırması ilə sona çatmış və artıq adada iki ayrı dövlət meydana gəlmişdir.

Ertuğruloğlu vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 5 daimi üzvü 1964-cü ildən bəri Kipr adasındakı reallığı görməzdən gəlir və Şura, Kiprli Rumların təkbaşına Kipr Respublikası kimi davranmalarına imkan yaradıb.

Nazir bu müddət ərzində TŞ-nin daimi üzvlərinin Kiprdəki türklərin “status və suverenliyini görməməzlikdən gəldiyini” bildirərək, “Kipr probleminə” səhv diaqnoz qoyulduğunu və bu səhvin bu gün də davam etdiyini qeyd edib.

Bəzi dövlətlərin Kipr məsələsində BMT Təhlükəsizlik Şurasının qərarlarının məcburi olduğuna inandırıldığını deyən Ertuğruloğlu: “BMT TŞ-nin Kiprlə bağlı qərarlarının heç biri məcburi xarakter daşımır. Bunlar yalnız tövsiyə xarakterlidir. Bunun mükəmməl nümunəsi Türkiyədir. Türkiyə, Kipr Rum dövlətini Kipr Respublikası kimi tanımır, Şimali Kipr Türk Cümhuriyyətini tanıyır, bizə səfir göndərir, amma BMT Təhlükəsizlik Şurası Türkiyəni bu qərarlara əməl etmədiyinə görə cəzalandırmağa çalışır. Heç birəsası belə yoxdur”, - deyə əlavə edib.

Ertuğruloğlu: “Dünyanın geri qalanı ilə aramızdakı fərq budur ki, dünyanın geri qalanı BMT TŞ-nin səhvini qəbul etməyi seçir və adada qanuni Kipr Respublikası olmadığı halda, guya Kipr Respublikası varmış kimi davranır. Halbuki gördüyünüz kimi iki Kipr dövləti var”, - deyib

“Kipr Respublikasının funksional bir federasiya olaraq qurulduğunu və iki ortağın türk və yunanların bir-birini kənarda qoyaraq dövlət olma iddiası etməyə haqqı olmadığını vurğulayan Ərtoğruloğlu: “Ancaq beynəlxalq ictimaiyyət tam olaraq bunu etdi”, - deyib.

Kipr probleminin həll edilməsi lazım olduğunu söyləməyin asan olduğunu və hər şeydən əvvəl bu problemin nəyi nəzərdə tutduğuna qərar vermək lazım olduğunu ifadə edən Ərtoğruloğlu: “Kipr probleminə rəvanc verən, Rum dövlətinin Kipr Respublikası olaraq tanınmasıdır. Bu səhv davam etdikcə və adada Kipr Türk dövlətinin varlığı inkar edilən müddətdə Kipr problemini həll etmək heç vaxt mümkün olmayacaq”, - deyib.

Kiprli türklərin özlərini ifadə edə biləcəkləri beynəlxalq platforma tapa bilmədiklərini qeyd edən Ertuğruloğlu sözlərini belə tamamlayıb: “Sizinlə bu platformada söhbət etmək imkanımın yeganə səbəbi bu tədbirin Türkiyədə keçirilməsidir. Bizim başqa heç yerdə belə imkanımız yoxdur. Kipr türk xalqının bir üzvü olaraq dilə gətirməyə çalışdığım ayrı-seçkilik budur”, - deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri