Ervins Perkons “İmişli”nin məşqçisi təyin olunub
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“İmişli” futbol klubu məşqçilər korpusunu gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “İmişli” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, latviyalı mütəxəssis Ervins Perkons bölgə təmsilçisinin köməkçi məşqçisi təyin olunub.
UEFA PRO lisenziyasına malik olan 35 yaşlı mütəxəssis 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın “Elqava” və “Super Nova” klublarında baş məşqçi kimi fəaliyyət göstərib.
Çalışdırıcı adıçəkilən komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək, 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.
Ervins Perkons fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib.
Onun məşqçilik fəlsəfəsinin əsasını intizamlı komanda oyunu, yüksək intensivlik, taktiki nizam-intizam və futbolçuların fərdi inkişafı təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 21 İyul 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















