Əş Şaraadan Trampa gözlənilməz təklif: Nyu Cersi ştatını İsrailə verin
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əş-Şaraa Ağ Evin rəhbəri Donald Trampla görüşü zamanı ona zarafatla ABŞ-nin Nyu-Cersi ştatını İsrailə təhvil verməyi təklif edib.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, hadisə barədə Suriya lideri özü danışıb.
Əş-Şaraanın sözlərinə görə, o bu təklifi Vaşinqtona səfər edərkən və ABŞ lideri ilə Colan təpələri ətrafındakı vəziyyəti müzakirə edən zaman irəli sürüb.
Nyu-Yorkda Atlantika Şurası tərəfindən təşkil olunmuş tədbirdə çıxış edən əş-Şaraa bildirib: "Mənim onunla (D.Tramp - red.) tamamilə unikal münasibətlərim yarandı. Mən onun yanına, Ağ Evə gələndə zarafat etdim. O, Colan təpələri haqqında danışaraq, oranın İsrailin suverenliyi altında olduğunu söylədi, mən isə soruşdum: "Niyə israillilərə Nyu-Cersini vermirsiniz? Colan təpələri sizə məxsus deyil ki, onu kiməsə verəsiniz, lakin Nyu-Cersi sizindir".
Bununla belə, o bu zarafatdan asılı olmayaraq, Colan təpələrinin tamamilə Suriyaya məxsus olduğunu vurğulayıb.
"Məhz buna görə də nə Suriya prezidentinin, nə ABŞ liderinin, nə də bir başqasının onlardan (Colan təpələri - red.) imtina etmək və ya başqalarına vermək hüququ yoxdur", - deyə əş-Şaraa fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Colan təpələri Suriyanın cənub-qərbində, paytaxt Dəməşqdən təxminən 60 km cənub-qərb istiqamətində yerləşir, təqribən 1.8 min kvadratkilometr ərazini əhatə edir. 1967-ci ildən bəri Altıgünlük müharibə nəticəsində Colan təpələrinin böyük bir hissəsi (1.23 min kv. km) nəzarətə götürülüb, sonradan isə İsrail tərəfindən ilhaq edilib və o vaxtdan bu ərazi dövlətlər arasında mübahisə predmetinə çevrilib. 2024-cü ilin dekabr ayında İsrail təpələrin qalan hissəsini də öz nəzarəti altına alıb. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti Colan təpələrini Suriyanın ərazisi kimi qəbul edir./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 23 Sentyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















