Icma.az
close
up
RU
ESA 74 milyon kilometr məsafədən Günəşin fotoşəkillərini çəkib AZƏRTAC

ESA 74 milyon kilometr məsafədən Günəşin fotoşəkillərini çəkib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Avropa Kosmik Agentliyinin (ESA) “Solar Orbiter” missiyası tərəfindən əldə edilən Günəşin 4 yeni fotoşəkli yayımlanıb.

AZƏRTAC agentliyin saytına istinadla xəbər verir ki, ESA-nın rəhbərlik etdiyi “Solar Orbiter” missiyası qabaqcıl təsvir alətlərindən istifadə edərək Günəşi öyrənir. Onların arasında Polarimetrik və Helioseysmik Imager (PHI) təkcə görünən işıqlı şəkilləri çəkmir, həm də maqnit sahəsinin istiqamətlərini ölçür, habelə Günəş səthinin müxtəlif hissələrinin hərəkətini və sürətini izləyir.

Daha sonra bu məlumatlar “Extreme Ultraviolet Imager” (EUI) tərəfindən həmin gün çəkilmiş Günəş tacının şəkli ilə müqayisə oluna bilər. EUI Günəşi ultrabənövşəyi işıqda təsvir edir.

Şəkillər “Solar Orbiter” Günəşə 74 milyon kilometr məsafədə olarkən çəkilib və onun səthini örtmək üçün çoxlu yüksəkkeyfiyyətli çəkiliş tələb olunur. Kosmik gəmi Günəşin üzünün hər bir hissəsi çəkilənə qədər əyilib və onun ətrafında fırlanıb.

Burada təqdim olunan tam disk şəkillərini əldə etmək üçün bütün təsvirlər mozaika kimi bir-birinə yapışdırılıb. PHI və EUI mozaikası dörd saatdan çox müddət ərzində çəkilb və hər biri 25 təsvirdən ibarətdir.

PHI-nin təfərrüatlı təsviri Günəşin səthini daim hərəkətdə olan və 4500–6000 dərəcə Selsidə onun radiasiyasının böyük hissəsini yayan parlayan plazma kimi göstərir. Aşağıda konveksiya zonası plazmanı qarışdıraraq səthə dənəli görünüş verir. Onun altında isti, sıx plazma Yer mantiyasındakı maqmadan fərqli olaraq, Günəşin “konveksiya zonasında” fırlanır. Bu hərəkət nəticəsində Günəşin səthi dənəli görünüş alır. PHI-nin maqnit xəritəsi və ya “maqnitoqram” Günəş ləkələrini - səthin qaranlıq ləkələr kimi görünən daha soyuq sahələrini göstərir. Bu xəritədə Günəşin maqnit sahəsinin ətraf ərazilərdə cəmləşərək ya xaricə (redi), ya da içəriyə (mavi) hərəkət etdiyi görünür.

Günəş səthində materialın hərəkət sürəti və istiqaməti PHI-nin sürət xəritəsində görünə bilər ki, bu da “taxoqramma” olaraq bilinir: kosmik gəmiyə doğru hərəkət üçün mavi və uzaqlaşma üçün qırmızı rənglərdən ibarətdir. Plazmanın Günəşin fırlanmasını izlədiyi halda, onun Günəş ləkələri ətrafında xaricə doğru itələndiyini göstərilir.

Nəhayət, EUI-nin Günəş tacının təsviri fotosferin üzərində baş verənləri göstərir: milyon dərəcəli plazma maqnit sahəsi xətlərinin ardınca aktiv Günəş ləkələrinin üzərində uzanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:438
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri