Icma.az
close
up
RU
Əsas bayram yarışlarda qalib gələrkən olur Çempionlarımızdan Novruz təbriki

Əsas bayram yarışlarda qalib gələrkən olur Çempionlarımızdan Novruz təbriki

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Novruzu Gəncədə ailəmlə qeyd edəcəyəm. Bu bayramda ən sevdiyim adət qonşularla tonqalın ətrafında yığışıb oynamaqdır".

Bunu Oxu.Az-a açıqlamasında paralimpiya çempionumuz İmaməddin Xəlilov deyib.

"Xalqımızı bu Novruz bayramı münasibətilə təbrik edirəm. Süfrənizə ruzi, qəlbinizə xoş hisslər gətirsin. Sağlamlığınız möhkəm və daimi, ümidləriniz gerçək olsun", - deyə Paris-2024-ün qızıl medalçısı arzularını dilə gətirib.

Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev yeni ilin xalqımıza düşərli olmasını arzulayıb:

"Bu Novruz bütün xalqımıza, millətimizə düşərli olsun. Bütün dərdlər unudulsun getsin, üzlərdə təbəssüm, ürəklərdə sevinc bol olsun. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzi dolu bayram diləyi ilə hər kəsin bayramını təbrik edirəm".

Dünya karatesinin "Qara brilyant"ı Rafael AğayevOxu.Az vasitəsilə bayram təbrikini çatdırıb:

"Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun! Novruz bayramınız mübarək!".

"Neftçi" klubunun futbolçusu Elvin Camalov Oxu.Az-a açıqlamasında bildirib ki, bayramda paytaxtdan ayrılmaq fikri yoxdur:

"Bütün Azərbaycan xalqını və futbol ictimaiyyətini Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ölkəmizə daim mehribanlıq, sülh, bütün evlərə bol ruzi-bərəkət arzulayıram! Birlik, bərabərlik dolu, gözəl, xoşbəxt bir il diləyirəm. Novruz bayramınız mübarək! Mən bu bayramı ailəm və sevdiklərimlə bərabər Bakıda, evimizdə qeyd edəcəyəm".

Paris-2024 Yay Olimpiya Oyunlarının mükafatçısı Həsrət Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, tətil vaxtı məşqlərindən qalmayacaq:

"Əziz həmvətənlərim! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bu bayram yeniliyin, ümidin və birliyin rəmzidir. Qoy bayram ocağınız daim alovlu, süfrəniz bərəkətli, qəlbiniz sevinc və xoşbəxtliklə dolu olsun! İdmanda olduğu kimi, həyatda da əsas olan iradə və əzmkarlıqdır. Arzu edirəm ki, hər biriniz bu Novruzda yeni qələbələrə doğru addımlayasınız, arzularınıza çatasınız! Vətənimiz hər zaman güclü və qalib olsun! Biz idmançıların əsas bayramları yarışlarda qalib gələrkən olur. Xalqımıza daha çox qələbə bəxş etmək və bayrağımızı yüksəltmək üçün məşqlər səbəbindən Bakıda olacağam".

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Mart 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri