Əsas heyətdən kənarlaşdırılan azərbaycanlı futbolçu klubu tərk etdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Millimizin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanı tərk edib.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, o, "Polessye"dən gedib.
Çünki Emil klub karyerasının çətin dövrünü yaşayır. Mustafayev və daha 5 futbolçu bu günlərdə Jitomir klubunun əvəzedici heyətinə göndərilib.
Onların komandanın çalışdırıcısı Ruslan Rotanın planlarına daxil olmadığı bildirilir.
"Polessye" hazırda 3 xalla Ukrayna çempionatında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Bu mövsüm "Polessye"nin heç bir rəsmi görüşündə meydana çıxmayan Emil karyerasını Azərbaycanda davam etdirəcək. İki il öncə millimizdə debüt edən orta sahə oyunçusunun "Neftçi" və "Sumqayıt"dan biri ilə anlaşması gündəmdədir.

“Neftçi”də əsas komandadan kənarlaşdırılan futbolçu “Kəpəz”də
30 Avqust 2025 14:54
Renat Dadaşov əsas heyətdən çıxarıldı
05 Fevral 2025 16:54
Millimizin üzvü əsas heyətdən KƏNARLAŞDIRDI
05 Fevral 2025 22:07
Flik oyunçusunu əsas heyətdən çıxarıb
18 Fevral 2025 11:59
Flik ulduz futbolçunu əsas heyətdən sildi
05 Sentyabr 2025 22:46

