Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

“Əsas məsələ əmək bazarının yox olması deyil, onun strukturunun dəyişməsidir“ EKSPERT DANIŞDI

“Əsas məsələ əmək bazarının yox olması deyil, onun strukturunun dəyişməsidir“ EKSPERT DANIŞDI

Icma.az, Sia Az saytına istinadən bildirir.

“İlk növbədə bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, sahibkarlar və işçi qüvvəsi süni intellektin inkişafının əmək bazarını tamamilə dəyişəcəyi və nəticədə insan əməyinin bütövlükdə əvəz olunacağı qənaətinə gəlməməlidirlər”. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, süni intellektin inkişafı, şübhəsiz ki, müəyyən peşə və fəaliyyət sahələrində insan əməyinə olan tələbatı azalda, bəzi prosesləri avtomatlaşdıra və bir sıra iş funksiyalarını texnologiyanın üzərinə keçirə bilər:

”Lakin bu, insan əməyinin 100 faiz əvəz olunması demək deyil. Əksinə, süni intellekt bir çox hallarda insanın işini tamamlayan, onun məhsuldarlığını və qərarvermə imkanlarını artıran mühüm bir alətə çevrilir.

Burada əsas məsələ əmək bazarının yox olması deyil, onun strukturunun dəyişməsidir. Texnologiyanın inkişafı ilə bəzi peşələrə tələbat azalarkən, yeni ixtisaslar və yeni iş istiqamətləri meydana çıxır. Yəni gələcək əmək bazarında insanın texnologiya ilə rəqabət aparmasından daha çox, texnologiyadan səmərəli istifadə edə bilən əmək qüvvəsinə üstünlük veriləcək. Bu baxımdan işçilərin yeni bilik və bacarıqlar əldə etməsi, rəqəmsal savadlılığını artırması və əmək bazarının yeni tələblərinə uyğunlaşması xüsusi əhəmiyyət daşıyır.

Süni intellektin inkişafı, eyni zamanda, müəyyən sahələrin təkmilləşdirilməsi və iqtisadiyyatın daha məhsuldar fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyətə malikdir. Müəssisələr məlumatların daha sürətli təhlili, istehsal proseslərinin optimallaşdırılması, xərclərin azaldılması və müştəri tələbatının daha dəqiq müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyalarından istifadə edə bilərlər. Bu isə həm məhsuldarlığın yüksəlməsinə, həm də şirkətlərin daxili resurslardan daha səmərəli istifadəsinə imkan yaradır.

Süni intellektin əmək bazarında hansı ixtisaslara iqtisadi tələbatı artıracağına gəldikdə isə ilk növbədə süni intellekt, informasiya texnologiyaları, proqramlaşdırma, data analitikası, kibertəhlükəsizlik, maşın öyrənməsi və böyük verilənlərin idarə olunması kimi sahələri qeyd etmək olar. Bununla yanaşı, yalnız texniki ixtisaslara deyil, süni intellektdən müxtəlif sahələrdə istifadə edə bilən mütəxəssislərə də tələbat artacaq. Məsələn, maliyyə, marketinq, logistika, səhiyyə, təhsil və idarəetmə sahələrində çalışan şəxslər üçün süni intellekt alətlərindən istifadə bacarığı gələcəkdə mühüm üstünlüklərdən birinə çevrilə bilər.

Digər tərəfdən, süni intellektin inkişafı sahibkarlıq fəaliyyətinin genişlənməsi və investisiya mühitinin daha da inkişaf etdirilməsi baxımından da mühüm imkanlar yaradır. Rəqəmsallaşmış və avtomatlaşdırılmış sistemlər biznes proseslərində şəffaflığın artırılmasına, insan faktorundan qaynaqlanan bəzi risklərin və inzibati maneələrin azalmasına şərait yaradır. Bu isə sahibkar üçün daha proqnozlaşdırılan və əlverişli biznes mühitinin formalaşmasına kömək edə bilər.

Xüsusilə də insan müdaxiləsinin minimuma endirildiyi, proseslərin rəqəmsal platformalar üzərindən həyata keçirildiyi və qərarların daha sürətli qəbul olunduğu sistemlər sahibkarlıq subyektləri üçün mühüm əhəmiyyət daşıyır. Belə mühit həm yerli sahibkarların fəaliyyətinin genişlənməsinə, həm də xarici investorların ölkəyə marağının artmasına müsbət təsir göstərə bilər.

Bu baxımdan dövlətin rəqəmsal transformasiya və süni intellekt sahəsində həyata keçirdiyi tədbirlər də xüsusi əhəmiyyət daşıyır. İqtisadiyyatın rəqəmsallaşdırılması, biznes proseslərinin sadələşdirilməsi və sahibkarlar üçün daha şəffaf mühitin yaradılması istiqamətində qəbul edilən yeni qərarlar bu transformasiyanın institusional əsaslarını gücləndirir.

Süni intellekti yalnız insan əməyini əvəz edən texnologiya kimi qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ ondan ibarətdir ki, süni intellekt əmək bazarını yenidən formalaşdıracaq, yeni peşələr yaradacaq, mövcud ixtisasların məzmununu dəyişəcək və iqtisadiyyatın daha çevik fəaliyyət göstərməsinə imkan verəcək. Bu prosesə vaxtında uyğunlaşan sahibkarlar və işçilər isə yaranan yeni imkanlardan daha çox faydalana biləcəklər”.

Müəllif: Günay Hacıyeva

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

“AIDA-nın fəaliyyəti üzrə vahid statistik hesabat hazırlanmalıdır” -FARİZ İSMAYILZADƏ

Siyasət

Payız aylarında immun sistemimizi necə gücləndirək? -HƏKİM DANIŞDI

Siyasət

“Türkiyə bu il G20-yə ev sahibliyi edəcək, tədbir Antalyada keçiriləcək” -ABDULLAH EREN

Siyasət

“Kiçikmiqyaslı layihələr daha effektiv nəticələr verir” -ABDULLAH EREN

Siyasət

"Azərbaycan–Rusiya münasibətlərində yeni mərhələ: “strateji tərəfdaşlıq, amma milli maraqlar əsasında” - POLİTOLOQ

Siyasət

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Siyasət

“Azərbaycan xarici ölkələrdən olan tələbələr üçün əlavə təhsil imkanları yaradır” -EMİN ƏMRULLAYEV

Siyasət

“COP29-da 2035-ci ilədək illik 300 milyard dollarlıq iqlim maliyyəsi hədəfi müəyyənləşib” -CEYHUN BAYRAMOV

Siyasət

“Belə proqramların dəyərini yalnız rəqəmlərlə ölçmək mümkün deyil" -EMİN ƏMRULLAYEV

Siyasət

“ASAN xidmət” modeli dünyada 600-dən çox mərkəzdə tətbiq edilir” -ÜLVİ MEHDİYEV

Siyasət

Azərbaycanın “ASAN xidmət” modeli beynəlxalq miqyasda geniş yayılır -ÜLVİ MEHDİYEV

Siyasət

Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı Proqramı 500 tələbəyə Azərbaycanda təhsil imkanı yaradır -EMİN ƏMRULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Sentyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri