Icma.az
close
up
RU
Əsas məsələ təkcə ağac əkmək deyil, onun yaşamasını təmin etməkdir EKOLOQ DANIŞDI

Əsas məsələ təkcə ağac əkmək deyil, onun yaşamasını təmin etməkdir EKOLOQ DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Əgər obyektiv baxsaq, ağacəkmə aksiyaları bəzi hallarda nəticə baxımından şou xarakterli, simvolik mahiyyət daşıya bilər". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

O bildirib ki, bir neçə il əvvələ qədər bu, əksər hallarda belə idi: "Səs-küylü ağacəkmə kampaniyalarından sonra əkilmiş fidanların baxımsızlıqdan saralaraq quruması və məhv olması adi hal sayılırdı. Lakin mətbuatın tənqidləri və ictimai qınaq əlaqədar qurumların məsələyə münasibətini dəyişməyə başladı. İndi isə belə hallara çox nadir hallarda rast gəlinir.

Təəssüf ki, bu gün də bəzən ağacəkmə tədbirləri “birgə foto” və ya “hesabat göstəricisi” səviyyəsində qalır. Əkilən ağacların bir hissəsi sonradan baxımsızlıq, su çatışmazlığı və ya torpaq şəraitinə uyğun olmayan növlərin seçilməsi səbəbindən məhv olur. Belə hallarda ekoloji fayda çox cüzi olur və aksiyalar sadəcə ictimai rəy üçün “yaxşı görüntü” yaratmaqla kifayətlənir. Əgər ağacəkmə elmi əsaslarla, yerli iqlim və torpaq xüsusiyyətlərinə uyğun növlərlə aparılarsa, bu, torpaq eroziyasının qarşısının alınması, havanın təmizlənməsi və mikroiqlimin sabitləşməsi baxımından mühüm müsbət nəticələr verir. Əsas məsələ təkcə ağac əkmək deyil, onun yaşamasını təmin etməkdir. Effektivliyin artırılması üçün ağacların növ seçimi və ekosistem planlaması, hər bölgənin iqliminə uyğun, az su tələb edən yerli növlərə üstünlük verilməsi problemi kökündən həll etməyə kömək edər. Yeni əkilmiş ağaclara xüsusilə ilk 2–3 il ərzində daimi nəzarət və suvarma vacibdir. Əgər bu təmin edilməzsə, əkilən ağacların böyük hissəsi məhv olur.

İnsanlar ağacəkməni sadəcə “kampaniya” kimi deyil, məsuliyyətli ekoloji davranış kimi qəbul etməlidirlər. Məktəblərdə, universitetlərdə və icmalarda bu şüurun formalaşdırılması əsas şərtdir. Əkilən hər bir ağacın elektron xəritədə qeydiyyatı, baxım vəziyyəti və yaşama göstəricilərinin izlənməsi şəffaflıq və hesabatlılıq üçün çox faydalı addım olar. Bələdiyyə və icma səviyyəsində də məsuliyyət artırılmalıdır. Hər bölgədə əkilən ağacların qorunması və saxlanması prosesinə yerli icmalar və bələdiyyələr cəlb olunmalıdır.

Yekunda demək olar ki, ağacəkmə aksiyaları yalnız uzunmüddətli ekoloji strategiyanın bir hissəsi olduqda real dəyişiklik yaradır. Əgər baxım, təhsil və monitorinq mexanizmləri təmin olunmasa, bu təşəbbüslər, təəssüf ki, sadəcə simvolik səviyyədə qalacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri