Icma.az
close
up
RU
“Əsas məsələ Zelenski hakimiyyətini kapitulyasiyaya oturtmaqdır” POLİTOLOQ

“Əsas məsələ Zelenski hakimiyyətini kapitulyasiyaya oturtmaqdır” POLİTOLOQ

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

“Ukraynadakı vəziyyət hazırda kifayət qədər gərgindir. Donbas cəbhəsində xüsusilə gərginlik hökm sürür”. 

Bu sözləri Hurriyyet.az-a Rusiya-Ukrayna cəbhəsində son durumu şərh edən politoloq Zeynal Əmrəliyev deyib.
“Nəzərə alsaq ki, son zamanlarda Rusiya aktiv şəkildə hücumları genişləndirib və artıq Donbasda neçə mühüm məntəqəni ələ keçirməsi barədə məlumatlar var. Bu da qış əməliyyat planı ilə bağlıdır. Çünki Rusiya qış əməliyyat planını artıq təsdiq edib və buna uyğun şəkildə davam etdirir. Aktiv şəkildə Ukrayna üzərinə hücuma keçir və bütün bunlar da onu göstərir ki, rəsmi Moskvanın həyata keçirdiyi siyasət tezliklə Donbası işğal edərək danışıqlar masasına oturmaqdır”,-deyə politoloq əlavə edib.
 Z.Əmrəliyev diqqətə çatdırıb ki, Trampın təklif etdiyi sülh planında Donbasın və Krımın Rusiyanın ərazisi olması, yəni onun ərazisi kimi tanınmasına dair iddialar var: “Bu şəkildə də tanınacaq. Çünki Rusiyanın əsas istədiyi budur, əməliyyata hazırlaşarkən bildirmişdi ki, məhz əsas məsələ Krıma quru yolun açılmasıdır. Ona görə də əməliyyatı həyata keçirmişdi. İndi böyük ölçüdə bu plana nail olunub. Rusiya, yəni Kreml öz xalqı qarşısında ifadə edə bilər ki, biz istədiyimizə nail olmuşuq. Ona görə də artıq müharibə dayandırılır. Ancaq buna rəğmən, Donbası tam götürməkdə maraqlıdırlar”. 
Z.Əmrəliyevin sözlərinə görə, Donbas daxilində əməliyyatlar gedəcək: “Rusiya əməliyyatı başa çadırdıqdan sonra, danışıqlar masasında məhz bu məsələ həllini tapacaq. İndi burada əsas məsələ Zelenski hakimiyyətini kapitulyasiyaya oturtmaqdır. Yəni ABŞ və Rusiyanın istədiyi odur. Buna görə də Amerika Birləşmiş Ştatları maksimum Zelenskiyə qarşı təzyiqləri artırır və çalışırlar ki, ona öz rüşvət qalmaqalları və digər məsələlərlə təsir etsinlər”.
Nəzərə çatdıraq ki, xarici KİV-in yaydığı məlumata görə, Rusiya ilə Ukrayna arasındakı müharibənin həlli üçün hazırlanmış planda Donbasın icarəyə verilməsi mexanizmi təklif olunur.
Qeyd olunur ki, Donbas qanuni olaraq Ukraynanın bir hissəsi kimi qalacaq, baxmayaraq ki, faktiki olaraq Rusiya tərəfindən idarə olunacaq.
CAVİD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Noyabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri