Icma.az
close
up
RU
Əsas üsyanlar rejimin etirazçılara divan tutmasından sonra başlayacaq Ekspert

Əsas üsyanlar rejimin etirazçılara divan tutmasından sonra başlayacaq Ekspert

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda son günlər baş verən etirazlar ölkədəki mövcud siyasi, iqtisadi və sosial gərginliyin nəticəsi kimi qiymətləndirilir. Hadisələrin necə davam edəcəyi əsasən hakimiyyətin etirazlara münasibətindən və mümkün xarici təsirlərdən asılıdır. Cəmiyyətdə narazılıq uzun müddətdir mövcuddur və baş verən aksiyalar bu narazılığın açıq şəkildə üzə çıxması kimi dəyərləndirilir. Mövcud vəziyyətlə bağlı müxtəlif fikirlər səsləndirilir. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında İrandakı aksiyaların davam edib-etməməsinin rejimin davranışı və xarici müdaxilələrin olub- olmaması ilə bağlı olduğunu söyləyib:

"Əgər rejim etirazçılara qarşı sərt tədbirlər görsə ölüm-qalım savaşını gözə alıb əhali aksiyalara davam edəcək. Çünki onlar bilir ki, meydandan sağ çıxsalar belə rejim onları edam edəcək. 

Artıq ox yaydan çıxıb. Əslində bu aksiyaların başlamasına səbəb sistemin iqtisadi çöküşü və Prezidentin bu yöndə rejimi açıq günahlandırmasıdır. O, etiraf etdi ki, sistemin mahiyyəti ona işləməyə, islahat aparmağa imkan vermir. Bundan sonra əhali səs verərək seçmiş olduqları prezidentlərini xilas etmək üçün üsyana qalxıb. Prezident vəziyyətin imkan verdiyi həddə açıq şəkildə rejimin mahiyyətinə qarşı olduğunu bəyan edib. Prezident Pezeşkianın islahat apara bilməməsi, buna imkanların olmaması və sistemin mahiyyətini dəyişmək gücünün də zəif olması şərait yaratdı ki, xalq ayaqlandı. Müvəqqəti olaraq aksiyalar yatırılsa da qısa fasilədən sonra yenidən baş qaldıracaq. Məlumdur ki, 200-dən artıq etirazçı ölüb yaxud öldürülüb. Rejim nümayəndələrindən də həyatını itirənlər olub. Əgər aksiyalar ara versə rejim həbslər, edamlar və sərt addımlar atacaq. Həmin addımların nəticəsində də yenidən qanlı aksiyalar başlayacaq. Bunu etirazçılar da gözəl bilir. Odur ki, bu dəfə sakitləşmə olmayacaq. Həm də əsas ayaqlanan fars bölgələridir. Farslar xarakter baxımından çılğın deyillər, addım atanda ölçüb-biçib atırlar, tez alışıb sönmürlər. Yəni, onlar qələbə ehtimalı etməsəydilər əsla qalxmazdılar və birbaşa dini lideri hədəfə almazdılar". 

Ekspert deyib ki, burada ABŞ və İsrail kəşfiyyatının təhrikedici rolu çox böyükdür:

"İran daxilində etirazlara baza olmasaydı xarici təsirlər rol oynaya bilməzdi. Hadisələr bir neçə ay çəkəcək. Bu etirazlar rejimin süqutu üçün həlledici deyil. Əsas üsyanlar rejimin etirazçılara divan tutmasından sonra başlayacaq. Vətəndaş müharibəsi başlaması ehtimalı çox yüksəkdir. Çünki kürdlər ilə türklər arasında ziddiyyətlər mövcuddur. Eyni zamanda farslar keçmiş şahın oğlunu gətirmək istəyir, lakin azərbaycanlılar isə onu lənətləyir, istəmirlər, özlərinin də lideri yoxdur. Habelə prezident Pezeşkianın da müdafiəçiləri, tərəfdarları var. Hadisələr yaxın günlərdə səngiyəcək, rejimin repressiya dalğası gələcək, daha sonra əhali çəkiləcək və ABŞ-nin hərbi müdaxiləsi baş verəcək. Onun ardınca yenidən daha şiddətli üsyanlar başlayacaq. Bu dəfə türklər aparıcı qüvvə kimi önə çıxacaq və Prezidentin açıq mövqeyi bəlli olacaq. Hazırda rejim etirazçıların əsas iştirakçıları və təşkilatçılarını həbs edib. Çin və Rusiya İrana kəşfiyyat məlumatları ilə və bu yöndə lazımi dəstək verməklə öz köməyini göstərir. Rejim özünün tərəfdarları olan fanatları meydana çıxarıb etirazçılarla üz-üzə qoymaq, sonra da ordu vasitəsi ilə müdaxilə etmək istəyir. Etirazlar ciddi nəticələr verməsə bir müddətlik geri çəkiləcəklər". 

Müsahibimiz ABŞ-nin bombardman ehtimalının da çox yüksək olduğunu bildirib: 

"Ümumilikdə bu əvvəlki etirazlardan deyil, xalqın geri çəkilməsi ehtimalı çox azdır. Yeganə istisna var ki, rejim ABŞ və İsrail ilə bazarlıq etsin. Yəni, İsrailin və ABŞ-nin tələblərini yerinə yetirməyə razılıq versin. Türk, İslam aləminin çalxalanmasında, Yaxın Şərqdəki proseslərdə, əsasən də Türkiyə əleyhinə İsrailin planlarında ona veriləcək vəzifələri icra etməyə razılıq versə rejim ömrünü uzada bilər. Hazırda ABŞ və İsraili İran xalqının aqibəti, iqtisadi vəziyyəti narahat etmir. Onları rejimin mövqeyi və siyasəti maraqlandırır. Əgər bu siyasət və mövqe tələb olunan şərtlərə uyğun olarsa əksinə çalışacaqlar ki, etirazçıları geri oturtsunlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Yanvar 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri