Əsəbiləşən gənc ticarət mərkəzinin önündə dayısını dəfələrlə bıçaqlayıb
Icma.az bildirir, Sonxeber.az portalına istinadən.
Bursada bir şəxs yüzlərlə insanın arasında dayısını dəfələrlə bıçaqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bursansanın Osmanqazi rayonunda yerləşən ticarət mərkəzinin qarşısında baş verib.
Mübahisə zamanı əsəbiləşən gənc dayısını bıçaqlamağa başlayıb. Yerə yıxıldıqdan sonra da əsəbi soyumayan gənc yerdə uzanan dayısını bıçaqlamağa davam edib.
Ətrafdakı vətəndaşlar təcili tibbi yardım və polisə məlumat veriblər.
Qanlar içində yerə yıxılan dayı hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıb.
Hadisədən əsəbiləşən vətəndaşlar gənci döyməyə çalışıblar. Polis hadisəyə müdaxilə edib və izdihamı dağıdıb. Gənc polis idarəsinə aparılıb.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən dayının həyati təhlükəsinin davam etdiyi bildirilib.
Faktla bağlı istintaq davam edir.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















