Icma.az
close
up
RU
Əsəd ailəsi Bakıdan nə istəyirdi? Qarabağa gələn suriyalılar 100 il əvvəl...

Əsəd ailəsi Bakıdan nə istəyirdi? Qarabağa gələn suriyalılar 100 il əvvəl...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Suriyada eks-prezident Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Dəməşq-Bakı münasibətləri yenidən gündəmə gəlib.  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Bakının Əsəd rejiminin çökməsindən sonra Suriyada sabitlik olacağına ümid etdiyini bildirib. 

Prezidentin köməkçisi Suriyadakı əvvəlki rejimin bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə problem yaratdığını xatırladıb. H.Hacıyev Əsəd hökumətinin Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd-şərtlə çıxış etdiyini vurğulayıb.

Bəşər Əsəd rejiminin Bakıya qarşı münasibəti niyə birmənalı deyildi?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Suriyada baş verən hadisələr bu ölkənin keçmiş rəhbərləri ilə Azərbaycan arasında münasibətlərin heç də yaxşı olmadığını üzə çıxardı:

“Biz Suriyaya rəhbərlik edən diktatorların ölkəmizə qarşı tutduğu mövqedən ciddi əziyyət çəkmişik. Azərbaycan dünyanın bütün ölkələri ilə  münasibətləri inkişaf etdirməyə çalışsa da, rəsmi Dəməşqlə istədiyimiz nəticəni ala bilmədik. Təbii ki, iki ölkə arasında münasibətlərinin keçmişini xatırladıqda, burada mövcud olan erməni diasporu və onun hakimiyyətə təsiri yada düşür.  Azərbaycana qarşı düşmən mövqe sərgilənməsinin episentrində ermənilərin dayandığı şübhəsizdir.

Keçmiş liderlər Hafiz Əsəd və Bəşər Əsəd dövründə Suriyanın Ermənistana və ermənilərə münasibəti bir sıra tarixi, siyasi və sosial amillərdən qaynaqlanır. Məlum olduğu kimi, 1914-1918-ci illərdə Birinci Dünya müharibəsi hadisələrindən sonra çox sayda erməni Türkiyədəki gərgin vəziyyəti bəhanə edərək o zaman daha təhlükəsiz hesab olunan Suriyada sığınacaq tapdı. Hələb, Dəməşq və Latakiya kimi şəhərlər erməni tacirləri və zəngin adamlarının vətəninə çevrildi. Hər yerdə olduğu kimi burada da ermənilər insanlarla asan ünsiyyət qurmaq vərdişlərini işə salaraq qısa müddətdə cəmiyyətin fəal hissəsinə çevrilə bildilər.  Hafiz Əsədin prezidentliyi dövründə Suriya hökuməti orada fəaliyyət göstərən erməni diasporunun təsiri ilə Ermənistanla sıx əlaqələr saxlayırdı. Bu geosiyasi uyğunlaşma dolayı yolla erməni diasporu və Ermənistanın özü ilə mehriban münasibətləri gücləndirdi”.


Əlimusa İbrahimov

Politoloqun sözlərinə görə, Suriyanın Türkiyə ilə tarixən gərgin münasibətləri, xüsusən də Hatay vilayəti və su mübahisələri kimi məsələlər fonunda İrəvan Dəməşq üçün təbii müttəfiq oldu:

“Ermənistanın və diasporunun “erməni soyqırımı” iddiaları, həmçinin Qarabağla məsələsində Türkiyənin mövqeyi Dəməşqin İrəvanla daha da yaxınlaşmasına səbəb oldu. Suriyadakı erməni vətəndaşların Qarabağa mütəmadi səfərləri və burada kök salmaları Azərbaycana qarşı Suriya hakimiyyətinin mənfi münasibətinin güclənməsini şərtləndirirdi. Hər iki Əsəd rejimi sədaqət və sabit dəstək imici yaratmaq üçün etnik qruplar və dini azlıqlara qarşı yumşaq güc siyasətini qəbul etdi. İşgüzar, yaltaq və siyasi cəhətdən neytral mövqe tutan erməni icması bu yanaşmadan bəhrələndi.

Suriyadakı ermənilər ümumiyyətlə daxili siyasi münaqişələrə girməkdən çəkinirdilər. Bu neytrallıq onları ictimai tarazlığın qorunmasında əlverişli müttəfiqlər etdi. Burada fəaliyyət göstərən diasporları ermənilərin və Ermənistanın müsbət imicinin saxlanmasında mühüm rol oynayırlar. Onlar Suriya-Ermənistan əlaqələrini daha da gücləndirərək ticarət, təhsil və mədəniyyətin qorunması sahəsində fəallıq göstərirlər”.

Ə. İbrahimov bildirib ki, Bəşər Əsəd atasının ermənilərlə möhkəm əlaqələri gücləndirmək siyasətini davam etdirirdi:

“Bu siyasət xüsusilə Suriya vətəndaş müharibəsi zamanı özünü büruzə verdi, bir çox ermənilər də öz növbəsində islamçı qruplar tərəfindən təqib olunmaqdan qorxaraq Əsəd hökumətini dəstəklədi.

Suriyanın ermənilərlə müşahidə etdiyimiz yaxşı münasibətləri Yaxın Şərqdəki digər ərəb ölkələri üçün də keçərlidir. Digər bu ölkələrdə gördüyümüz münasibətlər zaman-zaman Azərbaycan və Türkiyənin də əleyhinə çevrilib. Yəni ermənilər yaşadıqları ölkələrdə malik olduqları imkanlardan Bakı və Ankara qarşı istifadə etməkdən çəkinməyib.

Hesab edirəm ki, “Ərəb Baharı”nın sonuncu diktatoru hesab olunan Bəşər Əsəd Azərbaycan və Türkiyəyə qarşı mövqe tutan son ərəb lideri kimi də tarixdə qalacaq. Bundan sonra Suriya xalqının azadlığa qovuşacağı kimi, onların müsəlman ölkələri, o cümlədən Azərbaycanla münasibətləri fərqli, qarşılıqlı faydalı əsaslarla inkişaf edəcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri